Adsız Bölüm 20

2.9K 247 31
                                    

" bu da məndən sənə gəlsin " yazılmışdı mahnının altında. İnana bilmirdim. Həqiqətən yazmışdı..

"Hotel California"

Əlbəttə ki, daha əvvəl də dəfələrlə dinləmişdim bu mahnını və akustik versiyasını çox sevirdim. Mənim əsas bilmək istədiyim şey niyə bu mahnını seçmiş olması idi.. Bu mahnı da hekayəsi olanlar sırasında idi..Özü də nə hekayə..Uğruna sayısız rəvayətlər qoşulub, hekayələr uydurulmuşdu amma hamısının ortaq nöqtəsi eyni idi..Sevgi.

Mənim ən sevdiyim hekayə bu idi :

İki sevgili hansısa problemlər ucbatından ayrılmağa məcbur edilirmiş amma buna hər ikisi də razı deyilmiş çünki bir - birlərini çox sevirmişlər. Və hər kəsdən gizlənərək hər həftə Hotel Californiyada tutduqları bir otaqda görüşürmüşlər. Bir gün bir - birlərinə söz veriblər ki, lazım olsa ömürlərinin sonuna qədər burada görüşəcəklər..Və əgər bir gün  iki nəfərdən biri görüşə gəlməsə bunun tək səbəbi ölüm olacaqmış.. İkisi də razılaşıb o gün evlərinə gedirlər. Bir müddət sonra görüşlərdən birində qız otelə oğlandan tez gəlir və gözləməyə başlayır..Amma nə qədər vaxt keçir keçsin oğlan gəlib çıxmır..Zənglərinə cavab vermir və qız oğlanın ondan ayrıldığını düşünür.. Çünki onun  ölmüş olma ehtimalına inanmaq istəmir.Buna dözə bilməyən qız sevdiyi oğlanın otelə gələrkən həqiqətən  avtomobil qəzası keçirib həyatını itirdiyindən xəbərsiz halda oturub bu mahnının sözlərini yazır..Kağızı otel otağının qapısına yapışdırır və özünü elə eyni otaqdaca asır.. Otel sahibləri həmin otağı iki aşiqin xatirəsinə hörmət olaraq illərlə heç bir müştəriyə kirayə vermir.. İllər sonra Eagles qrubu təsadüfən bu otelə gəlirlər və onlara bildirilir ki, bütün otaqlar  tutulub təkcə həmin otaqdan başqa. Və səbəbini də başa salıblar ki, bu otaq  niyə kirayə verilmir. Eşitdikləri hadisədən təsirlənən Eagles həmin otağa baxmaq üçün icazə istəyirlər və qapıya asılmış kağızı görüb həmin sözlərə mahnı bəstələyirlər..

Görəsən Raulun bundan xəbəri var idimi ? 

Qulaqlarım alov almışdı. Nə vaxt utansam qulaqlarım qızarırdı. Mahnıya iki dəfə üst - üstə qulaq asdım və bu hekayəni ona da yazıb göndərdim.

" Düzü bilmirdim, maraqlıdır. Mahnını daha çox sevdim ))"

" Hə..Gözəl mahnıdır. Günün necə keçdi ? Uşaqlarla görüş..? "

" Əla idi. Təxminimcə detayları bacın danışıb )) Haqqımda özümdən də çox şey bilirsən. İndi istəyirəm sən mənə Zəhranı danışasan mən dinləyəm. Narazı deyilsən ? :)"

Oh.My.Gosh.

Deyəsən özümü romantikaya çox qapdırmışdım. Hallisunasiya görməyə başlamışdım. Sonradan biyabr olmamaq üçün mesajı təkrar - təkrar yoxladım ki ,  görüm düz görürəm ya yox ?

Yox, əməlli başlı yazmışdı..!. Özü də mənim haqqımda bilmək istəyirdi..

Kəpənək heç cürə içimdən çıxa bilmirdi, özünü  bir divardan o biri divara çırpırdı amma işin qəribə yanı, onun canı ağrıdıqca mənim həzzdən nəfəsim kəsilirdi..

" Humm.. Məsələn nə bilmək istəyirsən ? "

" İcazə ver fikirləşim..Məsələn, nələrə marağın var ? Bu gün Həlimə universitet planların haqqında danışdı. Həvəsdən düşməməyin əladır ! Bəs boş vaxtlarını necə doldurursan ? "

Həlimə bayaq haqqımda heçnə danışmadığını deməmişdi ?! 

" Hə, önümüzdəki on il içərisində universitetə daxil olmağı planlaşdırmışam ))  Boş vaxtlarımda ? Standart şeylər. Film, kitab, musiqi..))"

" Musiqini artıq hiss etdim. Kitab oxumağa heyif ki, hövsələm yoxdur . Amma film izləyə bilərəm )) " 

Kitab oxumaması biraz qəribə idi.

" Bəs indi nə edirsən?"

" İndi yemək hazırlayıram ) "


Dinlə məniWhere stories live. Discover now