Adsız Bölüm 75

102 4 0
                                    

Evə qayıdan kimi özümüzü yenə hamama atmışdıq və indi mətbəxdə oturmuş,pəncərədən gələn ilıq küləyin islaq saçlarıma dəyərkən dərimə verdiyi o sərinlik hissinin dadını çıxarırdım. Birdən bir səs eşitdim və Həlimə otağımızdan güllə sürətilə çıxıb məbxətə girdi. Tərəvəz supu bişirirdi amma su qaynamağa başladığı üçün qazanın qapaqlarından daşmışdı. Nəticədə hər yerə yağ sıçramışdı və yenə hər yeri təmizləmək lazım idi. Həmin an niyəsə məni gülmək tutdu. Niyə bütün böyük ixtiralar qadınların ən çox əsəb keçirdikləri şeylərlə əlaqəli idi ? 
Məsələn hansısa kişi məxbəxtə oturub qəzet oxuyanda birdən görür ki, arvadı ,  qazın üzərinə qaynamaq üçün bir qazan dolusu kartof qoyub. Sonra suyun qaynama səsini eşidib gözünü qəzetdən ayıraraq qazana baxır və görür ki, qaynayan su qazanın qapağını yerindən tərpədə bilir.  Sonra kişinin beynində bir lampa yanmağa başlayır və istiliyin hərəkətə çevrilə bilməsi fikri onu rahat buraxmır. Amma bu fikir ancaq Çində barıtın icadından sonra gün işığına çıxa bilir. Belə ki, barıt yüzillər boyunca sadəcə partlayıcı kimi işlədilsə də , sonradan bir bomba mütəxəssisi bu barıtın hansısa alətə doldurulub hava ilə uzaq məsafələrə necə uçduğunu yoxlamaq istəyir - və beləcə  tüfənglər yaranır. Ardınca da buxar maşını. Sonrasında elektrik , onun ardınca dənizaltı silahlar . Bir müddət sonra da Eynşteyn əmi kütlənin enerjiyə çevrilmə düsturunu tapdı və beləcə biz , iki atom bombasının Hiroşima və Naqasakini yerlə bir edişini izlədik.
Görürsünüz ? Qazan deyib keçməyin !
İnsan bəzən həqiqətən bilmir ki, nə nə vaxt işə yaraya bilər. Ən önəmsiz gördüyümüz şeylər nələrə qadirdir.Ən önəmsiz hesab etdiyimiz insanlar dünyanı necə xilas edə bilər.. 
Məsələn, Almaniya birinci dünya müharibəsi zamanı embarqo altında idi . Xüsusilə də barıt və digər partlayıcıların düzəldilməsində gərəkli olan xammaddələrdən yana  qıtlıq çəkirdilər. Dünyadaki ən önəmli xammaddələr  Çili və Hindistanda yerləşərkən Almanyada  bu xammaddələrdən bəziləri ümumiyyətlə yox idi. Olmayan xammaddələri başqa şeylərlə əvəzləmək mümkün olurdu amma bunun da maliyyəti çox yüksək olduğundan Almaniya tamam çarəsiz vəziyyətdə qalmışdı. Amma gəl gör ki, Almaniyanın bəxti gətirdi və Fritz Haber adlı Almanya vətəndaşı bir YƏHUDİ kimyagər 1908 - ci ildə adicə havadan ammonyak əldə etməyin yolunu tapdı və almanlar havanı xammaddə kimi istifadə edib böyük ölçüdə partlayıcı silahlar düzəldə bildilər. Əgər həmin yəhudi kimyagər olmasaydı Almaniya çox daha əvvəl təslim olacaqdı. Bu icad Haber adlı kimyagərə 1918 - ci ilə Nobel mükafatı qazandırmışdı.

Belə yerdə deyirlər e : Bitch please, Hitler ! 

Dinlə məniWhere stories live. Discover now