Adsız Bölüm 65

104 4 0
                                    

"Karise Eden - Stay with me baby "
"Nə düşündüyünü bilmirəm..
Nəyi xəyal etdiyini də..
Amma bu , mən deyiləm, hə ?"
Əla mahnıdır..
Nə pis hisdir, elə deyilmi, qarşı tərəfin nə düşündüyünü bilə bilməmək ?
Amma məncə bunun əksi olsa idi daha çox əzab çəkərdik..
Yəni,demək istədiyim.. Bəzən bilməmək çox daha yaxşıdır..
Məsələn mən, indi Raulun evində, öz yatağında uzanıb dincələrkən nə düşündüyünü bilməyi çox istəyərdim.. Amma sırf mənimlə bağlı nə düşünür, nə hiss edir, bunu bilmək istədiyimdən əmin deyildim.. Bir düşünün, Raula baxıram və birdən qulağıma onun beynindəki fikirlərin fısıltısı gəlir :
" yazıq qız..kobudluq etmə..kobudluq etmə..qüsurlu..qüsurlu..qüsurlu.."
Yox, qalsın. Belə daha yaxşıdır. Nə də olsa həyatımızın bir çox hissəsini özümüzü aldadaraq ya da zorla nəyəsə inandıraraq keçiririk. Başqa cürə necə qatlanmaq olar ki, bu həyata ?
Hər kəs ağzını açan kimi dürüstlükdən danışır . Ləyaqətdən..doğruluqdan..yalansız mükəmməl bir həyatdan.. Bir soruşan lazımdır ki, ay bədbəxt , sən buna nə qədər hazırsan ? İşə gedərkən qonşularının pəncərə arxasından səni güdüb, heç bir günahın yoxkən ,  sırf qadınsan deyə  " gedir yenə fahişə " dediyini eşitsən nə edəcəksən ? Və ya iş yoldaşlarının " görəsən onun haqqında filankəsə dediyim sözləri öyrənib ? " fikirlərini eşitsən ? Ərinin başqa qadınla yatdığını öyrənsən ?  Və ya arvadının səninlə yatarkən başqa birini xəyal etdiyini ? Dostlarının çoxunun əslində səni həqiqətən sevmədiyini, qohumlarının demək olar hər birinin sənin haqqında pis düşündüyünü ? Bəzən öz övladlarının belə öz içlərində səni söydüyünü eşitsən ? Valideynlərindən hansısa birinin səndən bezdiyini öyrənsən və ya bacı qardaşlarından hansınısa səndən daha çox sevdiklərini ? 
Hazırsanmı buna ? Yaxşı görək.. Dürüstlükmüş !

" Heyif deyil Bakı ? :D "
Raul bir neçə şəkil göndərmişdi.  Bir şəkildə sadəcə boş küçə vardı.  Küçənin şəkildə düşən hissəsində iki boş butulka, bir siqaret qutusu, bir dənə də boş cips paketi vardı. Digər şəkildə bir kişi qırmızı işıqda maşınların araları ilə qaça - qaça yolu keçirdi. Digərində isə masa üzərinə düzülən bir bulud plov, kasalarda dovğa və bir dərin boşqab dolusu yarpaq dolması vardı. 

" Bir ölkə üç şəkildə ancaq bu qədər gözəl ifadə edilə bilərdi :D "
" )))) Necəsən ? "
" Pis deyiləm. Yaşamaq olar ))) Sən ? "
" Yorğunam biraz  :) "
" Yorğunsansa, istəyirsən , sonra danışaq ? "
" İstəmirəm :) "

Cavabı üzümdəki gülümsəməni biraz daha genişlətdi amma nə yazacağımı bilmədim.
" Sən indi mənə , de görüm, mən sənə hədiyyəni nə vaxt verə biləcəyəm ? :) "
Bir dəqiqə..Səhv başa düşdüm,yoxsa mənə görüş təklif edirdi ? 
" Mm.. Maraqlı sualdır )) "
" Sabah işlər çoxdur,amma əgər razı olsan o birisi gün görüşə bilərik . Uyğundur ? "
" İndi dəqiq bilmirəm, sənə yazaram özüm,olar ? :) "
" Əlbəttə olar "
Əllərimi bir - birinə sürtüb sakitləşməyə çalışdım. Nə yazacağımı bilməzkən ekran yenidən işıqlandı. Bir mahnı görünürdü altında isə " Hələlik..) " sözü vardı. Zibil..! Cavab yaza bilməməməyimi səhv anlayırdı , deyəsən.. Amma üstələməyəcəkdim. Bu səbəblə, əvvəlcə mən də ona son mesajının eynisini yazıb göndərdim,sonra isə göndərdiyi mahnını dinləməyə başladım..
"Calum Scott - Dancing On My Own "
Bir müddət sonra Həlimə otağa gəldi və olanları ona danışdım. Valideynlərim işdə olacaqdı və Həlimə bu cür şeyləri çox sevirdi. İki gün sonra ilk görüşümə gedəcəkdim ( keçən dəfəki uğursuz sınama sayılmırdı ).

                                                                                                      ***

" .. qadın o günə qədər dadmadığı bir şey dadırdı ,  ölümlə həyat arasında bir yerdə ilişib qaldığı anlarda : " yatmaq istəyi " 
Göz qapaqları örtülür, şirin yuxu onu qollarından darıb özünə tərəf çəkirdi. Kişi bunun nə demək olduğunu çox gözəl anlayırdı. Buna icazə verə bilməzdi..verməyəcəkdi ! Qışın ortasında , meşənin ən dərin yerində soyuğu iliklərinə qədər hiss edib yuxuya gedirsənsə , bu yaxşıya işarə deyildi.. Həyata işarə deyildi..
- Məryəm, Məryəm ! 
Kişi dodaqlarını qadının qulağına yapışdırıb adını fısıltı ilə səslədi. Məryəm bir - birinə yapışan nəmli kirpiklərini zorla ayırdı.  Ayaq barmaqlarını hiss etmədiyinin fərqinə vardı amma heç bir reaksiya göstərə bilmədi. Çənəsi şiddətlə taqqıldayır, dişləri bir - birini döyəcləyirdi. Əynindəki  yun köynəyi indi buzdan bir xalat kimi hissiyatsız və istilikdən izaq idi.
- Məryəm, eşidirsən ? Məryəm,oyaq qalmalısan, oyaq qal.. Mənimlə qal..Məryəm.."
- Məhəmməd..Məh..Məhəmməd..
- Buradayam,eşidirsən, yanındayam,düz burada,əlini tutmuşam. Buradan gedəcəyik,azca qalıb. Yuxuya getmə. Yatmaq olmaz,məni başa düşürsən ? Güllə səsləri dayanıb, beş - on dəqiqəyə irəliləyəcəyik, mənimlə qal..Mər..
Sözünü tamamlamağa macal tapmadan adamın qulağına haradasa qırılan nazik budaq səsi gəldi. Kimsə üzərinə basmış kimi..
Məhəmməd qeyri - ixtiyari əli ilə öz ağzını qapadı. Məryəm tərpənmirdi,dinmirdi. Adamın ürəyini qorxu bürüdü.  Onunla danışmalı idi, çox vaxtı qalmamışdı. Biraz daha gözlədi.Deyəsən ,  yanılmışdı,ətraf yenidən səssizləşmişdi.
- Məryəm..Məryəm ..!
Qadından çox kiçik,çox kiçik bir səs qırıntısı eşitdi. Sönməkdə olan ocağın sona qalmış balaca kör-közərtisi kimi..  Adam ayağa qalxmağa çalışdı. ilk cəhdi uğursuz oldu. Dizlərini yerdə irəli geri beş - altı dəfə tərpətdi. Heçnə hiss etmirdi. Əlini Məryəmin bir ölü əlindən fərqsiz görünən əlindən çəkdi və iki əlini yerə dayaq edib ağaçdan yağışaraq qəddini düzəltdi. Uzaqda bir yerdə iki çakkal birdən uludu. Külək əl - ayağını kənddən üzmüşdü. Sanki bütün dünya ölülər üçün dəqiqələr boyu davam edən  səssizlik elan etmişdi.
Məryəmi beş uğursuz cəhddən sonra qucağına aldı amma çox daşıya bilmədi. Nə qədər hərəkət edir etsin bədəni qızışmır, gücü yerinə gəlmirdi. Hissizlik bürümüşdü dörd bir yanını.. Sonunda Məryəmin bir qolunu öz boynunun arxa tərəfindən doladı. Əlinin biri ilə belindən,digər əli ilə də qadının əlindən yapışdı. Addım - addım , azca çöməlmiş halda meşənin bilinməzliyinə doğru irəlilədi.. "

Dinlə məniWhere stories live. Discover now