Adsız Bölüm 18

3.2K 267 34
                                    

Həlimənin gəlişini gözləyərkən vaxtın daha tez keçməsi üçün ən gözəl üsul sənədli film izləmək idi. İnsanlar haqqında çəkilən, tamamı müsahibələrdən ibarət olan bir film seçdim.

Vaxtilə yüksək vəzifədə işləyən bir kişi son on ilini tək kameralı həbsxanada keçirmişdi. O deyirdi : Tək başına keçirdiyim son on ilin yeddi ilini yanımdaki yeganə kitabın üz qabığını açmadan yaşamışam. Düşünmək üçün mənə olduqca bol zaman verilmişdi. Bu illər ərzində öyrəndiyim tək şey varsa, o da bir şeyləri doğru etmədiyimizdir. Davamlı olaraq çalışırıq, işləyirik.. Bizə lazım olmayan, ehtiyac duymayacağımız şeylər aldırılır. Bir sürü israf içində dünyanı kirlədirik..Yox, mənim müdafiə etdiyim şey kasıb həyat deyil..Sadə həyatdır..Ancaq lazım olan qədər çalışmaq..Çünki , bir şey satın aldığımız zaman, qarşılığında verdiyimiz şey pul deyil..vaxtımızdır.. O pulu qazanmaq üçün xərclədiyimiz vaxtımız.. İşin ironiyalı tərəfi də budur ki, həmin o vaxtınızla siz heç vaxt bir az daha yaşam ala bilmirsiniz..Həyat axıb gedir..Həyatı boş yerə keçirmək, azadlığını itirmək qorxunc bir şeydir.."

Necə də haqlı idi.. Bütün həyatımız boyu kölə kimi işlədilirik.. Dövlətin əsas rejimi bu prinsip üzərinə qurulur : " Sual vermələri üçün vaxt qalmasını əngəllə "

Az maaş, kommunal xərclər , yüksək vergi..

Ayın axırını gətirə bilmək üçün keçirilən əndişə hissi beyindəki bütün sorğulayıcı sualları silib süpürür..

Bir dəfə hindistanlı bir mühəndisin müsahibəsini izləmişdim. Adam deyirdi : " bir gün iki məhəllənin düz ortasındaki küçələrdən birində dayandım. Bir tərəfim kasıb təbəqəyə, bir tərəfim varlılara aid idi. Kasıb tərəfin məhəlləsindəki heç bir evə su gəlmirdi. Torpaqları yararsız hala düşmüşdü və yoxsulluq içində sürünürdülər. Digər tərəfimdə isə içərisində düz 74 hovuz yerləşdirilən göydələnlər ucaldılırdı. Bir gün marağımdan o binalardan birinə getdim. İşləri nəzərdən keçirmək, binanın içəri hissələrinə baxmaq istəmişdim. Tikinti işləri hələ bitməmişdi. İçəriyə girən zaman binanı tikən insanların, həmin o hovuzların daşlarını daşıyan insanların digər kasıb məhəllələrdə ailələri susuzluq çəkərkən , onlar üçün pul qazanmağa çalışan kişilər olduğunu gördüm..Və o an hər şeyə nifrət etdim..Varlı insanların rahat həyat yaşamasının , kasıbların əziyyətindən bu qədər asılı olmasına nifrət etdim.. İnsanlar Hindistanda ən sürətli irəliləyiş göstərən sahənin IT ( İnformasiya texnologiyası ) olduğunu düşünür.Amma bu doğru deyil. Hindistanda ən sürətli inkişaf göstərən şey informasiya texnologiyası deyil..bərabərsizlikdir.."

Dünya üzərində milyardlarla insan yaşayır. Bu isə eyni zamanda milyardlarla fərqli yaşam və fərqli ölüm növü deməkdir.

Filmdə insanlara sual verirdilər..Hər millətdən insana.. Pakistanlı..Çinli..Meksikalı..Ərəb..

Həyatın mənası nədir ?

Baxın, bu sual milliyyətindən asılı olmadan bütün insanlar üçün həm eyni həm fərqli mənalar daşıyır..

"Həyatın mənası övladlarının axşam evə gəlməsidir" - bir rus qadın deyirdi.

Başqa biri, "səni sevən iş yoldaşlarının olmasıdır" dedi.

"Nəvələrinin sənə " baba " deyə səslənmələridir" deyən oldu.

Və sonda qaradərili bir uşaq bir xeyli düşündükdən sonra cavabladı : Hələ cəmi 15 yaşı varkən ömürlük həbs cəzası alan mənim üçün həyatın mənası nə ola bilər ? Bu sualın cavabını həqiqətən bilmirəm..Sadəcə buradan məni izləyən insanlara demək istəyirəm. Çalışın bəladan uzaq durasınız.. Həbsxana heç kim üçün uyğun yer deyil..Və inanın bu sualın cavabını burada tapa bilməyəcəksiniz..

15 yaş..

Filmi dayandırıb biraz nəfəsləndim. Düşünməyə ehtiyacım var idi.. İlahi..Gör bir necə həyatlar var..Bunlar film deyil..Bunlar nağıl deyil..O lənətə gəlmiş evlilik programları kimi ssenariləşdirilmiş saxtalıqlar deyil..Həyatın ürək bulandırıcı həqiqətləridir..

Uşaq sözlərinə davam etdi : Bu həyatda bağışlaya bilməyəcəyim yeganə insan anamdır..Məni pul üçün satmaq yaxşı fikir deyildi.. Artıq heçnədən qorxmuram.. Biri məni hədələyəndə və ya öldürəcəyini deyəndə " gəl və bacarırsan et " deyirəm..Bərbad şeylər yaşadım, bərbad şeylər öyrəndim..Amma hə..Bağışlaya bilməyəcəyim yeganə şey budur..

Bir xeyli ətrafı boş nəzərlərlə süzdükdən sonra telefonumu yoxladım. İnsan bu cür şeylər izlədikdən sonra normalda zövq aldığı şeylərdən iyrənir.

Həlimədən bir mesaj var idi.

Ekranın o biri tərəfindən üzümə baxıb gülümsəyən Raul və bacım. Deyəsən hər şey qaydasında idi. Əla. Ümid etdim ki, aralarında keçən danışıqlar zamanı etdiyim axmaqlıqlara bu cür gülməyiblər. Yanlarında bir qız daha vardı. Onu bir neçə dəfə şəkillərdə Həlimənin yan - yörəsində görmüşdüm amma adını xatırlamırdım.

Gülümsəyərək Raula baxdım . Əynində yaşıl rəng köynək var idi. Saçlarını bir az daha kəsdirmişdi deyəsən və üzü tamam təraşlı idi. Yanaqlarının üst tərəfi istidən qızarmışdı və qollarında da eynilə üzündə olduğu kimi çillər var idi.

Sevgili,Ron Weasley..Bağışla, amma xəyalımdaki yerini Raula verməkdən böyük məmnunluq hissi duyuram.

Harry'ə salamlarımı çatdır..!

Görəsən , Raul , Həlimənin şəkili mənə atacağını bilirdimi ? Bu səmimi gülüş mənim üçün idimi ?

Bir an əvvəl gecənin gəlməsini gözləyirdim.

Yazacağını demişdi..

Dinlə məniWhere stories live. Discover now