Adsız Bölüm 45

2.4K 210 22
                                    

Dəqiqələrdir mətbəxdə,masa arxasında dayanıb evə qayıtmazdan əvvəl Həlimənin evimizin yaxınlığındaki marketdən aldığı bir qutu südə və üzərindəki gülümsəyən inəyin şəklinə baxırdım. İki ilə yaxın idi ki, süd içə bilmirdim.
Tarixin ən böyük qurbanlarından sayılan dörd heyvandan ( toyuq,inək,donuz,qoyun) biri idi,nəticədə inəklər. Dünyada hal - hazırda bir milyarddan çox inək yaşayır. Normal inəyin yaşam müddəti 25 il olduğu halda dünyanın bir çox yerində bu müddət beş ildən ( o da yaxşı süd verə bilirsə ) artıq çəkmir. Tarix boyu əhilləşdirilməyə çalışılan atlar, dəvələr,inəklər bu müddət ərzində ağılalmaz izdirablara məruz qalıblar. İnsanlar adətən bunun üçün onları qəfəslərə həbs edir, müxtəlif orqanlarını kəsir, aqressivliyini azaltmaq üçün erkəklərinin cinsi organlarını dağlayırlar. Məsələn,İndoneziyaya bağımlı adaların çoxunda insanlar saxladıqları donuzları uzaqlaşmasın deyə onların burunlarının böyük hissəsini kəsib götürürülər ki, iybilmə hissiyatlarını itirsinlər. Çünki donuzlar istiqamətlərini də qidalarında olduğu kimi burunları ilə tapırlar. Bəzi hallarda isə işi daha sağlama almaq üçün onların iki gözünü də birdən kor edirlər.

İnək,qoyun və keçilər adətən balaladıqdan sonra az müddət üçün ( balaya lazım olan qədər ) süd verirlər . Dünyanın bir çox yerindəki fermalarda bala inək doğular doğulmaz süddən kəsdirilir və ana inəyin bütün südü satış üçün sağılır. Və təkrar hamilə qalması üçün mayalandırılır. Bəzi çoban qəbilələri ana inəyi aldatmaq və südünü daha çox sağa bilmək üçün onun balasını kəsib dərisini soyduqdan sonra dərinin içini doldurub tikərək ana inəyin yanına qoyurlar ki, ana , süd verməyi dayandırmasın. Hətta inandırıcılığı artırmaq üçün bu insanlar ölü bala inəyin dərisini ana inəyin sidiyinə bulayırlar ki, ana inəyin burnuna tanış qoxu dəysin və o südünü "balasına" tərəddüdsüz versin.

Səhradaki insanlar isə dəvələri balalayan zaman bala dəvələrin üst dodağını və burnunun bir hissəsini kəsib götürürülər ki, bala süd əmmək istəyən zaman canı ağrıdığı üçün geri çəkilsin və südün çox hissəsini özlərinə sağıb götürə bilsinlər. Bu gün dünyadaki fermaların çoxunda doğulan bala inəklər ilk dəfə yeriməyi ət kombinatına , kəsilməyə gedərkən öyrənirlər. Çünki həmin vaxta qədər bala inəklər öz boylarındaki qəfəslərə həbs edilərək saxlanılırlar ki,yeridikcə əzələləri bərkiməsin. Çünki bərk əzələ bərk və daha az ləzzətli ət deməkdir..

İşin ən ironiyalı tərəfi isə hələ də vegeteriyan olmamağımdır. Bütün bu vəhşilikləri əlimin içi kimi bildiyim halda , çox uzun müddət bu cür şeylər haqqında düşünməyəndə evdəki bişmiş ətin qoxusu iştahamı aça bilirdi..

Amma südün o spesifik qoxusu hər burnuma gələndə elə zənn edirdim ki, anaya göstərilən həmin ölü bala inəyin dərisinin qoxusunu hiss edirəm..

***

Telefonumun ən quraq səhraları xatırladan bildirişsiz ekranına baxıb dərindən nəfəs aldım. Deyəsən,artıq əl çəkmək vaxtı idi. Bu gecə axşam saatlarında təyyarədə olacaqdılar. Sabah isə xəstəxanada.. Və mən vəziyyətin hansı yerdə olduğundan xəbər ala bilməyəcəkdim..

Hər halda..

Raulla aramız pis olsa da bu səfərdən gülərüzlə qayıtmasını çox istəyirdim..

Onsuz da əvvəl axır xəbərim olacaqdı nəticədən..Çünki tətilin bitməsinə az qalmışdı. Və əlimdə Həlimə kimi güclü bir agent varkən kürəyim yerə dəyməzdi !

Bu arada, məxfi agent olmaq hər zaman ən böyük arzularımdan biri olmuşdu. Bu istək içimə nə vaxt düşmüşdü bilmirəm,amma deyəsən ilk şiddətli arzu dalğasını " Hitman agent 47 " filmini izləyərkən hiss etmişdim. Bu cür filmləri izləməyin ən mənfi tərəfi insan üzərində buraxdığı anormal təsirlərdir.

Evdə şübhə ilə gəzmələr, otaq qapılarını ehtiyyatla açmalar,gözlərini qısıb ətrafa baxış atmalar..və ən utanc vericisi : bunları edərkən birdən ayılmaq ki , ailəndən kimsə qəribə - qəribə üzünə baxır.

Agentlər haqqında bir sürü sənədli filmə baxmışdım.

Məsələn əvvəllər rus agentləri hansısa xəbəri bir - birlərinə ötürmək istəyəndə görüş yeri təyin edirmişlər. Amma görüş yerində olarkən aparılan əməliyyatla bağlı yeni xəbərlərin olub olmamasını bir - birlərinə sözlərlə yox, ayaqqabı iplərinin bağlanma forması ilə çatdırırmışlar. ( bu bağlama formalarının hərəsinin bir mənası vardı və əvvəlcədən əzbərlətdirilirdi)
Saatlar bir - birini qovduqca içimdəki sıxıntı get - gedə artırdı..

Birdən qapı zəngi çaldı. Səbəbini bilmədən narahat oldum.

- Həlimə ?!

- Baxıram mən. Şəkərdi gələn, mən dəvət etmişəm

Rahat bir nəfəs aldım bu dəfə. Evdə heç kəs olmayanda niyəsə qorxaq hiss edirdim. Özüm üçün deyil ,əlbəttə..Sadəcə , Həlimə evdə tək olurdu və başına bir şey gələcək olsa ona kömək edə bilməmə ehtimalım məni dəli edirdi.

Evin qapısı tərəfdən səslər gəlirdi.

Salamlaşma ,qucaqlaşma , dəfələrlə öpüşmə məsələləri..Ax,qızlar..qızlar..!

Amma nə isə tərslik vardı. Səsləri hər zamanki sevinc hissini daşımırdı özündə. Təxminən bir dəqiqə sonra Şəkər , Həlimənin əlindən yapışmış halda otağımızdan içəri girdi.

Hmm..Bir baxaq.

Ətli yanaqları əvvəlkinə nisbətən yığcamlaşıb, üzündə makiyaj yoxdur, göz altları qaralıb, ki , bu da ya çox ağladığını ya da gecə yuxusuz qaldığını göstərirdi . Hər iki halda da depressiyada ya da depressiyanın eşiyində olduğu bəlli olurdu.Üzümə baxarkən zoraki gülümsəmişdi ( bu içdən - içə kədərli olduğunu göstərirdi ) , mənimlə görüşmək üçün əyilib yanaqlarımı öpdüyü zaman qolları boynumu nəzərdə tutduğundan daha çox sıxmışdı ( qayğıya ehtiyacı var idi ) Bir düşünək, səbəb nə ola bilər ? Valideynləri o uşaq olarkən ölmüşdü. Burada əmisigillə yaşayırdı. Həlimə elə eyni qrupda idilər və dərsləri qaydasında idi. Sevgilis..aha !

Aydındır..

- Necəsən Zəhra ?

- Yaxşı, sən ?

- Daha yaxşı ola bilməzdim !

yalan..

Həlimənin çarpayısına oturar - oturmaz təxminimin düz çıxdığını elan edirmiş kimi, üç ildir dəli kimi sevdiyi oğlanla baş verən ayrılıqları barədə danışmağa başladı. Əlbəttə bunun əvvəlində Həlimə ilə süni şəkildə hal xoş tutdular. Amma ikisinin də üzündə yazılan ifadə eyni idi : bir an əvvəl mətləbə keç !

Dinlə məniWhere stories live. Discover now