Adsız Bölüm 77

95 4 0
                                    

"..Məhəmməd qırx dəqiqəyə yaxındır ki , yeriyirdi. Dan yeri ağarmışdı. Xəfif külək əsirdi və qar yağırdı. Burnunun suyu axır,gözləri yaşarırdı. Əllərini bir - birinə sürtür, qollarını ovuşdurur,arada bir dayanıb dəfələrlə hoppanıb düşürdü. Soyuq, mərhəmət göstərmirdi. Ən azı savaş qədər qəddar idi.. Məhəmməd bir də ayıldı ki, meşənin içində azıb qalıb. ətrafına baxdı,sonra düşündü ki,deyəsən, bu yerdən daha əvvəl də keçmişdi. Keçən dəfə meşənin kənarı ilə getmişdi amma bu dəfə daha təhlükəsiz olsun deyə yolunu dəyişdirmişdi.  İçinə qorxu yayıldı. Səhər açıldıqca ətrafdaki güllə səsləri artırdı, uzaqlarda haradasa güclü partlayışlar olurdu. Məryəmi düşünürdü..Digər qadını..Uşağın səsini.. Gözlərini ayaqlarına dikdi,dərindən nəfəs aldı və özünə bu yerləri uşaqlıqdan bəri tanıdığını xatırlatdı. Biraz daha irəlilədi..irəlilədi.. Və meşədən bir kənara çıxa bildi. Ətrafı ürkək nəzərlərlə yoxladı. Əlində tutuduğu daş parçasını daha möhkəm sıxdı. Ortalıq sakit görünürdü. Addımlarını yeyinlətdi .. Biraz daha yeridi. Yol uzandıqca uzanır, insanı gah səssizlik qorxudurdu, gah da səslər.. Məhəmməd içindən Allahın bildiyi bütün adlarını çağırdı. Adını daşıdığı peyğəmbərin xatirinə Allahdan yardım dilədi. Arada bir çənəsini köynəyinin yaxalığına salıb istilik axtardı.. Donmaq üzərə idi. Hərəkətləri,addımları yavaşlayırdı. Qara ciyərində şiddətli sancılar hiss edirdi. Böyük ehtimal soyuqdan şişmişdi. Nəfəs alması get - gedə çətinləşir, soyuq hava hər nəfəs alanda boğazını parçalayırdı.  Bir müddət sonra azca aşağı çöməlib qaçmağa başladı.  Bunu edərkən nəfəsini ara - ara tutdu. İyirmi dəqiqə sonra uzaqdan kəndin qırmızı , bozumtul çardaqları göründü. Məhəmməd sürətini artırıb kəndin içinə girəndə ətraf o qədər boş görünürdü ki, bir anlıq inanmağa başladı ki, qiyamət deyilən şey yaşanıb və birazdan hər kəs yenidən dirilib bir - birinə qarışacaq.  Addımlarını yavaşlatdı. Keçən dəfəki kimi qarşısına çıxan ilk evin qarşısında dayandı. Bütün evlər kimi buranın da qapısı açıq idi amma evin içi tam görünmürdü. Məhəmməd qapını itələyib evə girməyə çalışdı amma bir şey ona mane oldu. Qapının arxasındaki hansısa ağırlıq içəri girməsinə mane olurdu. Məhəmməd əvvəlcə arxaya doğru səndələdi. Zənn etdi ki, bu dəqiqə biri çıxıb ona silah doğruldacaq amma belə bir hal baş vermədi. Yenə ətrafını yoxladı. Sonra çiynini qapıya dayayıb olan qalan gücü ilə qapını içəriyə doğru basdırdı.  Qapı yavaş - yavaş açılarkən arxasındaki şeyin döşəməyə sürtünmə səsi eşidildi. oturacaq kimi bir şeyin səsi deyildi..Bu daha çox..
Məhəmməd keçə biləcəyi qədər aralaya bildiyi qapıda yanpörtü dayanaraq içəriyə doğru bir addım atdı. Çiyni üstə yerə düşmüş başsız bədəni görüb içini çəkərək söyüş söydü. Başını yana çevirib bu mənzərəyə tamaşa etmək istəməzkən arxa tərəfində bədəndən ayrılmış,gözləri açıq qalan insan başını gördü. Məhəmməd yumruğunu ağzına dayayıb  işarət barmağını dişləyərək geri çəkildi. Nəfəsi dişlərinin arasından çölə fışqırırdı.  Onu bu qədər qorxudan və eyni zamanda hazırlıqsız tutan şey başı bədənindən ayrılan cəsəddən daha çox, bu adamın tanış siması idi.. Fərhad dörd insanın içində közərən son ümid qırıntılarını da özü ilə birlikdə bu dünyadan aparmışdı. Məhəmmədin əli - ayağı boşaldı. Dizləri üzərində döşəmənin üzərinə çökdü. Günlərdən bəri ilk dəfə gözləri dolurdu. İndi nə edəcəkdi.. Məryəmə nə deyəcəkdi ? Axırları nə olacaqdı ? Yox , buna dözə bilməzdi.. Bir tövlədə aclıqdan ölüb getmək ağılasığmaz bir son idi ! Məhəmməd özünü topladı. Sanki birdən xatırladı ki, o, artıq uzun müddətdir ki, Məryəmgilin yanından ayrılıb. Evin içəri otaqlarını yoxlamağa başladı ki, görsün işə yarayacaq bir şey tapar ya yox ?  Pərdələr yerlə bir edilmiş, pəncərələr sındırılmış, bütün əşyalar darmadağın edilmişdi. Məhəmməd yerdə döşəyə bənzər bir şey gördü. Üzərində  bəyazlıqdan əsər - əlamət qalmayan kirli çarşaf vardı. Tələsik onu döşəyin üzərindən dartıb çıxartdı. Düşündü ki, bununla uşağın altına köhnə bezin əvəzinə yeni bir şey düzəltmək olar.. Təmiz deyildi amma ən azından Məhəmməd ümid etdi ki, bu , uşağın bədəninin yaralarını daha pis hala salmaz.. Ətrafı biraz daha axtardı, sonra aşağı baxmadan bir başa qapıdan çıxıb iki ev daha yoxladı. Taxta kimi quruyan iki dilim çörək tapdı. Və bürünmək üçün olduqca qalın iki narıncı - ağ rəngli ədyal. Ədyallardan birinə büründü və evdən çıxıb var - gücü ilə qaçmağa başladı. Əlində tutduğu qənimətləri bərk - bərk sıxmışdı. Bayaq gördüyü şeyləri xatırlamaqdan qaçırdı indi.. Ümidsizliyin qulağındaki fısıltılarını eşitməmək üçün qaçırdı..Qaçırdı ki, bu fısıltıları küləyin uğultusu susdursun. Gəldiyi zamanın əksinə Məryəmin yanına qayıdarkən yolu tapmaqda çətinlik çəkmədi. Tamam əldən düşmüşdü amma dayanmaq olmazdı. Arada bir soyuqdan keyiyən əlləri qucağındaki şeyləri tuta bilmədi. Məhəmməd çətinliklə barmaqlarını hərəkət etdirə bilib yenidən onları götürdü..Qaçdı..Qaçdı.Qaçdı.. Bir an üçün  sanki bütün gücü çəkildi. Bir neçə saniyəlik dayandı ki,nəfəsini tənzimləyə bilsin. Sinəsi o qədər göynəyir  və ciyəri o qədər ağrıyırdı ki, Məhəmməd gözünün qaraldığını,başının dəli kimi fırlandığını hiss etdi. Gətirdiyi şeyləri bir əli ilə tutub digər əlini dizinin üzərinə apararaq irəli doğru əyildi. Yavaş - yavaş nəfəs almağa çalışıb gözlərini yumdu. Udqunmağa çalışdıqca qupquru quruyan boğazındaki tərifsiz yanma hissi canının ağrısını biraz daha artırdı. 
Bir müddət sonra gücünü toplamağa çalışıb yenə Allahı çağırdı. Dualarından güc alıb addımlamağa davam etdi. Döngəni dönən kimi uzaqdan azca görünən tövləni gördü və əlindəki hər şey eyni anda yerə düşdü. Məhəmməd ürəyinin döyüntülərinin bir anlıq tamam dayandığını, dünyadaki bütün hər şeyin hərəkətini dayandırdığını hiss etdi. 
Məryəm və digər qadın tövlədən bayırda idilər. Çılpaq vəziyyətdə dizləri üstə çökmüş, əllərini başlarının arxasında birləşdirmiş,başlarına dayanan silah lülələrindən açılacaq olan güllənin səsini eşitməyi gözləyirdilər..  

Dinlə məniWhere stories live. Discover now