Adsız Bölüm 23

3.1K 248 18
                                    


" ordasan ? "

" hə )) "

göndər

" bağışla, gözlətdim, hə , harada qalmışdıq ? ) "

" mənə oyun tövsiyyəsi verəcəkdin )) "

" hə,düzdür. əsasən belə kompyuter oyunları sevən qızlar az olur. nə əcəb səndən ? )) mən bu aralar ancaq Assasin's Creed oynayıram "

" bilmirəm, baş qatmaq üçün yaxşı vasitədi ) hə, bu oyunu sevdiyini bilirdim. amma haqqında oxuduqlarım qəribə gəldi. Assasin adını eşitmişdim haradasa. Suiqəstçi demək imiş. Tarixi məlumatlarını oxudum çox qəribədir )) haqqında oxuya - oxuya Süleyman peyğəmbərə qədər gedib çıxdım ))

yazır..

" Hə. Məlumatım var. Elə mən də tarixini öyrənən zaman oyununa başlamışdım. İslami təriqət üzvləri imişlər və düşmanları öldürürtmək üçün dövlət başçıları tərəfindən tutulurmuşlar. .Əgər vəzifələrini yerinə yetirərkən ölsələr cənnətə gedəcəklərinə inanılırmış..Bəzi mənbələrə görə ən güclü cəngavərləri öldürməyə gedərkən yüksək miqdarda xaşxaş qəbul edirmişlər ki, qorxuları yox olsun. Elə adları da bu xaşxaş sözündən yaranıbmış. h-assa-si-n sözündən. Təriqətin əsl adı "al-da'wa al-jadi-da" dır yəni " həyatını fəda etməyə hazır olanlar " və ya " azadlıq cəngavərləri ". Əvvəl fransız dilinə, sonra italyan dilinə və ən sonunda da 17 - ci əsrdə ingilis dilinə indiki " suiqəstçi " adı ilə tərcümə olunub )) Məsum insanların ölümünə heç vaxt imza atmayıblar. Amma ən qatı düşmanı belə heçkəsə bildirmədən öldürə bilirmişlər. İnsanların onlardan qorxmasına əsas səbəb də bu gizliliklər olub. Adamla dolu bazarlarda və ya məscidlərdə düşmanlarını elə öldürürmüşlər ki, heç kəs onları hiss etmirmiş. Hətta onlar üçün belə bir ifadə yaranıbmış. " Gizlənməyə çalışma.Assassin divardan keçib səni öldürəcək" . Əgər işlərini bitirdikdən sonra qaçmağa fürsət tapmasalar özlərini zəhərləyib öldürürmüşlər ki, geridə heç bir iz qalmasın, tutulduqları təqdirdə təriqətləri haqqında məlumat verə bilməsinlər )) "

Yeni məlumatlar öyrənməyi çox sevirdim. Bu oyunu mütləq oynayacaqdım !

" Əla ! )) mütləq sınayacam özümü ) "

" Da Vinçi şifrəsinə baxmısan ? Kitabı da var ) "

" Hə, baxmışam. Oxumuşam da. Çox sevdiyim kitablardır. "

" Tarixi şeylərlə maraqlandığın üçün soruşdum. Elə orda da bu kimi məlumatlar var. İxtisara salınmış olsa da . Assassinslərin məbəd qoruyucuları ilə olan işbirlikləri filan . "

" Yenə də bütün bunların dini şeylərlə bir əlaqəsi olması qəribədir. Bir düşün məbəd qoruyucuları olan doqquz cəngavər də bu işə xristiyan hacıları qorumaq üçün başlamışdı. "

" Niyə də olmasın ? Dünya var olandan bəri bir çox fəlakətlər elə dinlərin varlığı ucbatından baş tutub da. Xaçlı səfərlərindən tutmuş indiki " Allahu Əkbər " deyərək başkəsənlərin dövrünə qədər.

" Heç olmasa xaçlı səfərlərinin dünya üçün yayarlı nələrisə olub, məsələn ilk bank sistemi onlar sayəsində yaranıb , topladıqları xəzinə ilə on beş min malikanə tikdiriblər ki, bunun doqquz mini Fransada olub.Zamanla İspaniya, Portuqaliya, Almaniyaya yayılıblar. Özlərinə aid gəmiləri ilə Atlantik okeana qədər gedib çıxıblar. Və o qədər gizli mədəblər tikdiriblər ki, sirrləri hələ də bəlli deyil. Gəmilərinin dənizdən yola çıxdığı görülürmüş amma birdən - birə yoxa çıxırmış. Nə daşıyırmışlar, onları hara aparırmışlar hələ də bilinmir. Hətta keçən gün gördüm . İki gənc , məbəd cəngavərlərinin xəzinəsini tapdığını iddia edib bir mağarda qazma işi aparıblar. 60 metr dərinliyə qədər qazıblar çünki hər on metrdən bir yerin altında dəmir və kərpic düzüldüyünü görüblər. Sonradan məlum olub ki , bir bir tələdir. İçəriyə su dolub və hər iki gənc də həyatını itirib. Hal hazırda o tələdə ölənlərin sayı altıya çatıb. Amma hələ də bilinmir ki, o tələ nəyi qorumaq üçün düzəldilib..Bir düşün, əgər o tələ həqiqətən məbəd savaşçıları tərəfindən qurulubsa gör adamlar necə zəkalı olublar. Amma bunun qarşılığında nə qazanıblar ? Heçnə. Cadügərliklə günahlandırılıb asılıblar. Dörd saat müddətində asta - asta odda bişirilərək öldürülüblər. Özü də din xadimləri tərəfindən.. Bəs indiki başkəsənlər ? Onlar nə edib ? Bundan yüz il, min il sonra vəhşilikləri xaricində onlar haqqında nələr danışılacaq ? "

" Cavab vermək çətindi )) Amma onların hamısının öldüyünə ( cəngavərləri nəzərdə tuturam ) bu gün də inanılmır. Hələ də gizli - gizli öz işlərinə davam edirlər. Sadəcə başqa təşkilat adları altında.Zəhra, öyrənməyə bu qədər maraqlı olmağın çox gözəl bir şeydir. İnan ki, çox şad oldum. Səninlə söybət etmək,nələrisə paylaşmaq maraqlıdır.Etiraf edim ki, mən bu cür gözləmirdim. İndi heyfslənirəm ki, niyə səni daha əvvəl tanımamışam )) "

Söhbətimizə o qədər aludə olmuşdum ki, ilk öncə oxuyanda yazdığı cümlələrin tərif olduğunu dərk etmədim. İki saniyə sonra üzümdə bir gülümsəmə və qızarmış yanaqlarımla yerimdə qurcalaqlandım.

" Gec olsun güc olmasın ))) Çox sağol, Raul. Səninlə söhbət etmək mənə də xoşdur "

" :)

Dinlə məniWhere stories live. Discover now