Adsız Bölüm 19

3.1K 266 48
                                    

Dərindən nəfəs aldım. Ən son bu cür hissləri doqquzuncu sinifdə oxuyarkən hiss etmişdim. Parta yoldaşıma aşiq olmuşdum. Başqa bir məktəbdən gəlmişdi və gözümə inanılmaz dərəcədə yaraşıqlı görümüşdü. İndi fikirləşəndə zövqsüzlüyümə hətta gülə də bilmirəm. Gerisini özünüz düşünün.

Həmin vaxtla indiki vaxt arasında hisslərim də dəyişib sanki. Yəni bir neçə il əvvəl sevgi hissi fərqli idi nəzərimdə..Nifrət hissi fərqli..Aclıq hissi fərqli..

Ümumiyyətlə sevgi nə demək idi görəsən ? Filmlərdə deyildiyi kimi həqiqətən illuziyadan ibarət idimi ? Bəzən buna inanırdım.. Çünki fikirləşəndə ki, insan doğulduğu zaman boş bir qutu olur , bu iddiaya inanmaq asanlaşır. Fikrimi izah edim . Məsələn düşünün ki, bir övladınız olub. Ağlı kəsən vaxtlarında ona öyrədirsiniz ki , hər səhər oyanıb iki dəfə otağın ortasında hoppansan ömrün iki gün daha uzanacaq. Təbii ki, sizə inanar və hər gün bunu təkrar edər. Ya da desəniz ki , üzünə yumruq vurmaq onu super qəhrəmana çevirəcək, görəcəksiniz ki, hər gün üzündəki göy halqaların sayı artır.

Siz heç həbsxanada cəza çəkən insanların müsahibələrinə baxırsınız ? Ya da nə bilim.. Məsələn, ruhi xəstəxanalarda müalicə alanların..?

Mən çox baxıram. Və inanın mənə, onları dinləmək sizə ətrafınızda adını ağıllı qoyub gəzənlərdən daha çox şey öyrədir.

Bir oğlan var idi. Haradasa 24 yaşlarında. Dörd ildir həbsxanada idi və ömrünün sonuna qədər orada qalacaqdı..

Onun dediyi sözləri indi sizə olduğu kimi yazacağam. Gerisinə siz qərar verin.

" Nə vaxt balaca bir səhv etsəm atam məni qalın taxta parçaları və ya elektrik naqilləri ilə döyərdi.. Halsız vəziyyətdə yerdə uzanılı qaldığım zaman alnının tərini silib bu sözləri söylədiyini xatırlayıram : Bunları etmək məni səndən daha çox incidir..Amma bil ki, bütün bunları səni sevdiyim üçün edirəm..Sənin yaxşılığın üçün..Sənin gələcəyin üçün..Yaxşı biri olmadığı üçün.. " O vaxtdan sonra böyüdükcə sevginin ağrıdıcı bir şey olduğunu zənn etdiim.. Sevilirsənsə canın ağrımalı idi, sevirdinsə incitməli idin.. Və sonra mən də sevdiklərimi incitməyə başladım.. Dostlarımı..xoşuma gələn qızları.. Onlara verdiyim əzabın dozası hiss etdiyim sevgidən asılı olaraq dəyişirdi. Az sevirəmsə az incidirdim..çox sevirəmsə çox.. Aşiq olduğum qadını və onun oğlunu öldürdüyüm zaman hiss etdiyim şey də məhz bu idi.. Amma sonradan həbsxanadaki görüşlərimdən birinə öldürdüyüm qadının anası gəldi. Məni söyə ..nifrət bəsləyə bilərdi..amma etmədi..üzümə baxdı və sakit səslə dedi : mən səni bağışlayıram " .. və mən əsl sevginin nə olduğunu həmin an öyrəndim..sevgi yumuşaq, mərhəmətli..hansısa parıltılı bir şey idi..hərçənd mən o parıltıya heç zaman toxuna bilməmişdim.. "

İndi nə demək istədiyimi başa düşürsünüzmü ?

İnsan əslində nə qədər aciz, cılız varlıqdır, bir düşünün.. Nə öyrədilsə ona inanır..Nə əzbərlədilsə bunu doğru olaraq qəbul edir..Ta ki, önünə başqa bir seçim gətirilənə qədər..

Dünya təhlükəli, çirkabla dolu zibillik idi..Amma arada bir, qısa bir an üçün zibillərin altında qalan asfaltı deşib keçərək sənə gülümsəyən yaşıl fidanları görə bilirdin..

Həlimə evin qapısını örtən zaman ürəyimdə qəribə bir hərəkətlənmə oldu. Nəfəslərim sürətləndi. Amma otağa girənə qədər onu gəlməsi üçün tələsdirmədim. Qapıda görünər - görünməz üzündəki hər zamanki bic gülümsəmə meydana çıxdı. Gülümsəyib sanki çox sakitmişəm kimi üzünə baxdım.

Bir az eləcə dayanıb nə isə deməyim üçün gözlədi. Qəsdən etdiyini bilirdim.

- Maraqdan dəli olduğunu bilirəm, özünü artistliyə qoyma !

Dərindən nəfəs alıb nəhayət danışmağa başladım

- Yaxşı, yaxşı, başla görək.. Necə keçdi , nə danışdınız ?

Dizlərini birləşdirib sağa -sola salladı. Dodağını büzüb üzümə baxaraq gülümsədi.

- Həlimə..

- Of..Yaxşı ! Əla keçdi. Elə məni görər görməz güldü. Mən də qarşılıq verdim.Salamlaşsaq da öncə heçnə danışmadıq, sonra uşaqların başı söhbətə qarışanda gəlib yanıma oturdu. Biraz hal - əhvaldan sonra elə birbaşa səni soruşdu.

Deyəsən yanlışlıqla kəpənək udmuşdum və indi də içimdə çırpınaraq çölə çıxmağa can atırdı

- Məni ?

- Hə, dedi ki, Zəhra necədir ? Amma üzündə nəsə şübhə var idi. Sanki əmin olmaq istəyirdi ki, görsün , həqiqətən mənim bacımsan, bütün bunlardan xəbərim var ya yox?

- Biz axı səhər mesajlaşmışdıq ?

- Əşi söhbətə girirmiş də ! Nə isə. Elə çox şey danışmadıq. Sadəcə dedi ki, təəccüblənib. Mən də rahat olmasını bunun normal bir şey olduğunu filan dedim. Üzümə baxıb gülümsədi amma hiss etdim ki, bu sözlərimə daha çox təəccüblənib. Şəkil göndərmişdim, xoşuna gəldi ?

- Hə..

- Dəyişib elə bil, fərqli görsənirdi nəsə. .

- Saçlarını qısaldıb

Bunu deməməli idim.Həlimə qaşlarını yuxarı qaldırıb qəhqəhə ilə güldü.

- Ooo.. Xırdalıqları belə əzbərləyib a ! Amma öz aramızdır, qəşəng oğlandır,hə ?

Çiynimi qaldırdım

- Pis deyil

- Puah ! Yaxşı görək ! Özünü bilməzliyə vurma. Görürsən ki, çox şirin..

- Mənə bax, ona mənimlə bağlı heçnə demədin ?

Sözünü yarıda kəsmişdim.Üzü birdən ciddiləşdi

- Yox..Axı sən dedin ki, heçnə deməyim..?

- Hə , əla..belə daha yaxşıdır..

Biraz üzümə baxıb ayağa qalxdı

- Paltarlarımı dəyişib. Yaman tərləmişəm.

Əla fikirdir !

- Mənə də bir köynək ver. Belim tamam islanıb. Sən gedəndən film izləmişəm

- Yaxşı, gözlə..

Barmaqlarımı şaqqıldatmağa başladım. Əl çəkə bilmədiyim vərdişim idi. Qəribədir amma rahatlayırdım bunu edərkən.. Gözlərim döşəməyə zillənmişdi və içimdə vurnuxub açıq bir pəncərə axtaran kəpənəyin qanadları mədəmi qıdıqlayırdı..

Dinlə məniWhere stories live. Discover now