Adsız Bölüm 12

3.1K 252 35
                                    

Səhəri gün beyin qanaxması keçirdim.

Bütün beyin qıvrımlarımda " aşkıııım " səsi dalğalanırdı. Ağlımda hazırladığım xəyali vəsiyyətimdə anamgilə "Çilek kokusu " serialını çəkən rejissoru məhkəməyə vermələrini tapşırmışdım. Ölümümə görə məsuliyyət daşıyırdı !

Yayın cəhənnəmi qısqandıran istisində cır səsi ilə dayanmadan danışan bir qızın səsinə oyanmaq nədir bilirsinizmi ? Həlimə təkrar - təkrar eyni bölümləri izləyirdi. Hər gün dua etməyə başlamışdım ki, universitet tez açılsın. Düzdür, bəzən evdə olub mənimlə daha çox vaxt keçirdiyinə məmnun olurdum amma belə hallarda..Ən xeyirlisi başını dərsləri ilə qatması idi.

Artıq dəqiq bilirdim ki, genetikamızda hansısa mutasiya baş verib. Bu qız normal deyildi.

Demək olar hər gün duş qəbul edirdik amma yuxudan oyananda suyun içində olurdum. Niyəsə çox tərləyirdim. Qısacıq qalmış saçlarımın ön hissələri alnıma yapışmışdı.

- Həlimə ! Qulaqlıqların hanı ? Kəs o zibilin səsini !

Oyandığımın nəhayət fərqinə varanda işinə ara verib yanıma gəldi. Çarpayımın kənarında oturub alnımı sildi.

- İlahi, sən necə deyingənsən ! Lap qoca qarılar kimi !

- Kömək elə durum, niyə kondisioneri taxmamısan ?! Anamgil işdə deyil ?

Çiynini qaldırdı

- İşdədirlər. Nə bilim, elə də isti deyil axı..

Düz bilmişəm.Mutasiya məsələsidir. Dəqiq !

Bir təhər soyuq su ilə üz - gözümü yuyub özümə gəldim. Anam evdə olmadığından soyuducudan götürdüyüm buz kimi suyu ağzıma dikib şüşəni yarısına qədər boşaltdım. İki ərik qurusu isə naharım olmaq üzərə mədəmin yolunu tutdu.

Yenidən otağa qayıdıb yatağımın yanındaki masanın üzərindən telefonumu götürdüm. Heç bir bildiriş yox idi.

İnsan ən azından ikinci dəfə sual işarəsi filan göndərərdi ki, yəni " nə oldu, cavab ver ?! " . Yox. Heçnə. Yaxşı. Hər dəfə gecə yazmayacaqdım ki. Qoy , elə indi bir şey yazım..!

" Bunun heç bir fərqi yoxdur. Vaxtı gələndə , dərslər başlayanda səninlə şəxsən tanış olacam. Söz verirəm. Amma əmin ol ki, qrupdan biri deyiləm :) "

göndər.

- Həlimə..Həlimə..!

Ağlıma bir fikir gəlmişdi amma Həlimə səsimə hey vermirdi. İkimizin ortaq albomu lazım idi mənə. Bir də ailə albomumuzdaki bəzi şəkillər. Bunu etməyi çoxdandır istəyirdim. Qarderobun qapısını açdım. Albomlar ən üst qata qoyulmuşdu. Bilmirəm, hansı məntiqlə..Kim qarderoba albom qoyar ki ? !

Bəxtim gətirmişdi ki, qarderobumuz elə də hündür deyildi. Barmaqlarım albomlardan hansınınsa kənarına dəyirdi. Özümü var qüvvəmlə yuxarı dartmağa çalışıb albomları əlimlə özümə tərəf itələyəndə ailə albomumuzun ( olduqca böyük və ağır idi ) sərt kənarları düz alnıma tuş gəldi və gözlərim birdən qaraldı. İki üç saniyə sonra özümə gəldim. Albomlar, içindəki şəkillərdən bəziləri yerə səpələnmişdi. Həlimə təəccüb içində qapı ağzında dayanıb mənə baxdı.

- Yaxşısan ? Niyə məni çağırmırdın ? Bilirsən ki, boyun çatmır ! Yəni..

Alnımın ortasında  küt ağrı yaranmışdı amma yavaş - yavaş keçirdi. Dərim olduqca həssas olduğundan bilirdim ki, bunun bir nişanəsi olacaq və ən azı dörd - beş gün mənimlə yaşayacaq.

- Yaxşıyam, narahat olma. Şəkilləri çarpayıya qoy, bir fikrim var. Atamın keçən dəfə gətirdiyi ağ rəngli ortaboy lövhə var idi ha, onu bura gətir.

- Neyləməyə çalışırsan ?

- Sən dediyimi et, inan mənə çox gözəl olacaq


Dinlə məniWhere stories live. Discover now