Adsız Bölüm 22

2.9K 248 64
                                    

Gecənin irəliləyən saatlarında Raul bir neçə şəkil daha göndərdi. Bu vəsilə ilə bacısı Səbinəni və anası Afaq xanımı da görmüş oldum. Özgə heç kəs yox idi. Elə üçü birlikdə qeyd edirdilər. Şəkillərdən birini Raul çəkmişdi digərini Səbinə , çünki hər ikisində də ya Raul yox idi ya da bacısı.  Anasının yanında olarkən üzünün həddindən artıq gülümsədiyini gördüm.  Bu , adətən içdən - içə kədər yaşayan insanların üzündə gördüyüm ifadə idi.   Mesajlardan birində yazdı ki, indi çıxmalıdır amma yatmasam bir saata yenə yazacaq. Razılaşdım , onsuz da gecələr yaxşı yata bilmirdim. 

O gələnə qədər vaxt keçirmək üçün youtube'da rastgələ videolar izləməyə başladım. İzlədiyim videoların demək olar hər birinə reklam yerləşdirilmişdi..Ki , bu məni həddindən artıq çox əsəbləşdirib hər zaman.. İstirat etmək istədiyim zaman məni hazırlıqsız tutub şüuraltıma mesajlar göndərən reklamlara nifrət edirdim..

"Milla" südlərinin erotik reklamları, "Sana" yağının xeyirləri, "Coca - colanın" bütün iç organları məhv etdiyi halda illərdir bitmək bilməyən tərifləri, "Arielin" ağardıcı və parçaya ziyan verməyən keyfiyyətləri..

Hələ bu dərman reklamlarına nə deməli ?! Qız hansısa parkda oturanda birdən- birə qarnı ağrımağa başlayır və yoldan keçən hansısa yaraşıqlı gənc cibindən tam da o an qıza lazım olan dərmanı çıxarıb ona uzadır. Sonra qız dərmanın birini ağzına atan kimi başlayır gülməyə. Güya bu da onların tanış olmasına və sevgili olmalarına səbəb olur. 

İndi biz bundan nə anlayaq ? !  Təsəvvür edin qız oğlandan illər sonra soruşur : " Niyə mən ? " və ya " İlk görüşdə  məndə səni çəkən şey nə oldu ? . Oğlan nə cavab verəcək ? " Yoğun bağırsaqların.." ????

Raklam işində çalışan insanlara da nifrət edirdim.. Bahalı reklam ssenarilərini yazan insanlar bizim xəyallarımızı əlimizdən almırdı..Əksinə onlar bizdə xəyallar yaradırdı. Heç vaxt sahib ola bilməyəcəyimiz xəyallar..Bizi özümüz fərqində belə olmadan depressiyaya sürükləyən xəyallar..İllərdir arzuladığımız maşını almaq üçün yenicə pulumuzu yığmağı tamamlayanda onlar,  bu arzumuzu yeni çıxmış Porche 'nin cazibədar reklamı ilə gözümüzdən salırdı. 

Yaşadığımız dünyada doğulduğumuz andan on səkkiz yaşımıza çatana   qədər nə az nə çox , düz  350.000 reklam görürük. Yollardaki afişalarda, televiziyalar, radiolarda..Avtobus, metrolarda..Getdiyimiz restoranlarda, oturduğumuz kafelərdə.. Hər il bütün dünyada reklamlara ayrılan bütcənin miqdarı 500 milyard dollardır. Ki , bunun  yüzdə on faizi dünyadaki aclıq göstəricilərinin böyük bir faizini qarşılayır..

Amma bunların şirkətlər üçün bir önəmi yoxdur..onlar üçün əsas olan hər evdə qara qutunun önünə kilitlənən insanlara  marketə gedərkən yemək hazırlamaq üçün nələri almalı olduqlarını əzbərlətməkdir..Hacı kolbasaları..Yüz faiz halal !

Dinlə məniWhere stories live. Discover now