Adsız Bölüm 56

2.2K 195 4
                                    

"Yaradılış icazə verir , mədəniyyət qadağan edir "

Bu cümləni üç - dörd dəfə oxuduqdan sonra əlimdəki kitabı qatlayıb bir kənara qoydum. Atamgilin gəlməsinə təxminən iki saat qalmışdı. Hava o qədər isti idi ki, bayaqdan içdiyim iki litrə yaxın su sanki, bədənimdə qurumuşdu. Bu cür hallarda müraciət edə biləcəyim ən yaxşı üsul başımı qata biləcək hansısa məşğuliyyət olurdu.

"Yaradılış icazə verir, mədəniyyət qadağan edir.."
Kitabda yazılmışdı ki, təbiət insana "qadın" və "kişi" etiketini yapışdırmaz. Sadəcə bu iki Homo Sapiensin ( ağıllı insan ) bir X bir də Y xromosomu olanı erkək, iki xromosomu olanı da dişidir. Amma qadın və kişi etiketləri cəmiyyət tərəfindən zamanla yaradılan kateqoriyalardır. Bir erkək sadəcə XY xromosomu olduğundan, cinsi orqanı fərqli göründüyündən və ya tüklü bədənə sahib olduğu üçün kişi olmaz. O kişi sayılar , çünki cəmiyyətin zaman içində ona biçdiyi vəzifələr, altından qalxmalı olduğu çətin sınaqlar vardır.. Buna oxşar olaraq da bir qadın da cəmiyyətin təyin etdiyi vəzifələri ( uşaq böyütmək, uşaq dünyaya gətirmək, şiddətə qarşı dözümlü ola bilmək , ərinə qulluq etmək ) var.

Bu erkək və dişilərin yəni kişi və qadınların cəmiyyətdəki vəzifələrini həmin cəmiyyətin inandığı adət ənənlər, dini qayda - qanunlar və hətta əfsanələr təyin etdiyi üçün kişi və qadın anlayışları hər millətdə fərqli çərçivələrə sığdırılıb. Bu səbəbdən elmi termində bu qarışıqlığın qarşısını almaq üçün əlavə iki kateqoriya yaradılıb : " cinsiyyət " və " ictimai cinsiyyət ".

Cinsiyyət - erkək və dişi arasında ikiyə ayrılır və bu ayırım nə erkəyə nə də dişiyə qarşı heç bir ayrı seçkilik etmir, ikisinə də dünya yarandığı tarixdən bəri eyni münasibəti göstərir.

İctimai cinsiyyət isə kişi və qadın arasında ayrılmışdır- bu ayrımlar kişilərə ayrı, qadınlara ayrıdır və hər zaman, zəmanəyə uyğun olaraq dəyişir.

Məsələn dişi kateqoriyasında olan insan yüz illlər əvvəl də uşaq dünyaya gətirib, ona süd verə bilib, ana bətni və yumurtalıqları eynilə qalıb.

Amma " qadın " kateqoriyasında olan insan çox uzun illər əvvəl səs verə bilməzdi, bu gün verir. Çox uzun illər əvvəl ya atasına ya ərinə aid mal idi - bu gün azad şəxsiyyətdir. Çox uzun illər əvvəl hakim işləyə bilməzdi - bu gün ABŞ konstitusiya məhkəməsinin beş hakimindən üçü qadındır. Çox uzun illər əvvəl kiminlə evlənəcəyinə qərar vermə haqqı yox idi - bü gün qanunlara əsasən bütün ixtiyar özündədir.

Erkək kateqoriyasında olan insanlar da əsrlər əvvəl parik taxır ( məsələn, Fransa kralı 14. Louis ) , ipək uzun corab və uzun ipək libaslar geyinirdi. Halbuki, bu gün bütün bunları edənlərə transseksual deyirik.

İctimai cinsiyyət hər zaman kişilərə daha adil davrandı. Qadınların sağlıq və təhsilinə ikiqat daha az məbləğ ayrıldı və onlar daha önəmsiz sayılırdı.
Qısacası ictimai cinsiyyət yarışında qadınlar hər zaman gümüş medal üçün yarışdılar..

Bu cür mövzular oxuyarkən doğru məşğuliyyət tapmadığımın fərqinə varırdım. Çünki bədənimdən keçən əsəb dalğaları havadaki istiliyi qat - qat daha çox artırırdı. Niyə görə kişilər bu qədər yaxşı idi axı ? Onları bu qədər yaxşı edən ( qadınlardan qat - qat çox şiddətə yönlü , aqressiv olmalarına rəğmən) , qadınları bu qədər gözardı edən çatışmazlıq nə idi ? Niyə bütün dinlərdə ,adət ənənələrdə qadın qulluq edirdi, cavab verə bilməzdi və haqqa sahib deyildi ? Qatı feminist biri olmamışam heç bir zaman. Sadəcə düşünürdüm , görəsən, kişilər də bizim qədər susdurulsa, döyülsə, əzilsə və imdadına heç kim gəlməsə ( gələnlər də " susmalısan " desə ) hələ də prezident , iş adamı və holdinq sahibi ola bilərdilərmi ?

Dinlə məniWhere stories live. Discover now