Adsız Bölüm 39

3.1K 256 75
                                    

Saat yeddidən bəri mətbəxdə olan Həlimə iki saat keçməsinə baxmayaraq hələ də ortalığa bir şey çıxara bilməmişdi. Vəziyyəti nəzərdən keçirmək adına yanına getdiyim zaman burnumu yandıran sarımsaq qoxusunun təsiri ilə üzümü buruşdurdum.

Həlimə böyük bir qazanın içinə bir sürü şey doldurub qarışdırırdı.

Həlimə böyük bir qazanın içinə bir sürü şey doldurub qarışdırırdı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- İlahi ! Bu nə qoxudur belə ? !

- İspan mətbəxindən bir şey hazırlayıram ! Qazana biraz su, biraz süd əlavə edib içinə tərəvəzlər qatırsan. Həm sağlıqlı, həm də ləzzətli olacaq !

- Su və süd ? Əminsən ? Onların qarnımızın içində yaxşı yola gedə biləcəyinə heç inanmıram..

Masanın üzərində təxminən iki böyük diş doğranmış sarımsaq vardı

- Demə ki, bunları da ora atacaqsan !

- Elə əsas dad verən..

- Yaxşı, bütün qazanı sən özün bitirəcəksən. Öldürsən də o şeydən içən deyiləm !

- Bura bax, dil pəhlivanı, yaxşısı budur danışmadan əvvəl bir dəfə daha düşünəsən. İkinci dəfə yemək hazırlayacaq deyiləm çünki !

- Lap yaxşı, mən də ac yataram !

Həlimə öncə üzümə baxmadan qazanı qarışdırmağa davam elədi, sonra boğazını təmizləyib sözə başladı

- Bəlkə də sarımsaqsız da keçinmək olar. Onsuz da şorbamızın içində yetərincə tərəvəz var..

Hər nə qədər özünə inamlı görünsə də o şorbanın bizə xeyirdən çox ziyanı dəyəcəyinə əmin idim. Süd və su birlikdə ? Özü də yayın istisində !

- Hazırdır ! İndi altını söndürürük, bax belə.. Sən masa arxasına keç, indi gəlirəm !

Beş dəqiqə sonra Həlimə önümüzdəki yeməklərə parıldayan gözləri ilə baxıb sanki bunu bacardığına inanmırmış kimi əllərini bir - birinə çırpırdı.

- Bu qədər mükəmməl olmağım inanılmazdır.. Yaradılışım zamanı bütün ləvəzimatlarda əliaçıq davranılıb !

Əlimdəki qaşıqla boşqabın içində halqalar çəkir, havada burulan buxara baxarkən məni qorxudan gələcəyimizi düşünürdüm.

- Yaxşı, da, bir dadına bax ! İlahi, o qədər ləzzətlidir ki !

Bir müddət daha qərarsız qaldım amma Həlimənin üzünə çökmüş ifadə vicdanımı çimdiklədi deyə bundan artıq tab gətirə bilmədim. Qaşığı havada tutub içindəki şorbanı bir neçə dəfə üfürdükdən sonra sümürdüm. Dilimə yayılan süd və qarışıq tərəvəz dadı öncə bir şey ifadə etmədi amma mədəmə doğru irəlilədikcə boğazımda qalan dad qəribə şəkildə xoşuma gəldi. Bir qaşıq daha - bu dəfə daha ürəkli şəkildə - uddum və əmin oldum ki, yemək həqiqətən ləzzətli alınıb.

Dinlə məniWhere stories live. Discover now