Adsız Bölüm 74

91 4 0
                                    

" Məhəmməd sevincək içəri girdi. Əlindəki üç yoğun taxta parçasını və bir dəsmalın içindəki az miqdarda quru çörəyi ocağın yanına qoyub Məryəmin yanında diz çökdü. 
- Məryəm, Məryəm! Ramizi gördüm, orada..Orada idi !
Məryəm eşitdiyinə inanmırmış kimi ağzını açdı,sonra birdən sıçradı. O an fərqinə vardı ki , son günlərdə həqiqətən inanıb ki, dünya üzərində qalan son dörd insan bu otaqdadır.
- Harada gördün ?
- Yeriyə - yeriyə düz aşağı kəndə qədər getdim. Hər yer bomboş idi.  Evlərin qapısı taybatay açıq qalmışdı. Dedim girib görüb yeməyə bir şey tapıram ya yox. Elə ilk evin qapısından girəcəkdim ki,çiynimə bir əl toxundu. Yaxşı ki,səsini çıxardıb bizim dildə bir - iki söz dedi. Yoxsa başını taxta ilə yaracaqdım. Çönüb  gördüm ki,nə ? Bizim Ramiz dayı ! Bildin , o kimdir ? Kəndə paltar zad gətirib satırdı e, bax o, orta yaşlı kişidir. Atamla yaxşı dost idilər.
- Hə,yadımdadır,anam ondan bir dəfə qırmızı rəngli yun corab almışdı..
Məryəm bir an üçün fikrə gedib dərindən nəfəs aldı.
- Ay sağol, elə sevindim ki,kişinin boynunu qucaqladım. Dedi ki, bütün kəndlərdəki az sayıda sağ qalan camaat qaçır şəhərlərə. İki gün sonra bir maşın daha gəlib o kənddəki adamlardan birazını aparacaq. Biz də gedə bilərik. Dedim ki, üç nəfərik bir dənə də uşaq var.  Biraz fikirləşdi sonra dedi , birisi gün  tezdən gəlin,bəlkə bir şey fikirləşərik , çalışaram,  camaatdan qabaq gedəsiniz..!
Məryəmin ifadəsi artıq heç cürə dəyişmirdi. O, bilmirdi ki, bir savaşdan sağ çıxmaq mərdlikdir ya namərdlik ?  
Digər qadın Məhəmmədin sözlərini eşidəndə qucağındaki uşağı biraz daha möhkəm basdı sinəsinə və bir həftə əvvəl itirdiyi ərini xatırladı.. Yaşasaydı indi birlikdə buradan gedə bilərdilər..Əgər günlər əvvəl o ,  qonşunun , həyətin ortasında tək başına dayanan üç yaşlı uşağını görüb onu da özləri ilə aparmağa çalışmasa və həmin an düz başının ortasından vurulmasaydı..
Həmin gecə Məhəmməd yuxu yata bilmədi. Günlərdir yemək yerimdi, arada bir Məryəmlə özünə ovuc - ovuc qar gətirib susuzluqlarını az da olsa yatırmağa çalışaraq ağızlarında əridirdilər. Amma indi ümidin verdiyi güc idi yuxusunun qaçmasına səbəb.. Tək əmanəti Məryəm idi. Onu həm sevirdi həm də qoruyacağına dair andı və sözü vardı. Məryəm başını onun çiyninə söykəyib gözlərini yumanda Məhəmməd beş il bundan əvvəl birlikdə iştirak etdikləri bir toyda Məryəmi gördüyü o anı xatırladı. Uşaqlıqdan bəri qonşu idilər amma Məryəm nə ara bu qədər böyüyüb dəyişilmişdi ? Əynindəki qırmızı donun içində olarkən Məhəmməd həmin gün onu , o üzü, o saçları,o bədəni necə arzuladığını xatırladı. Əlini Məryəmin çiyninə basdırıb bir az daha özünə doğru sıxaraq gözlərini yumdu və gülümsədi.. Gecənin bir yarısı Məryəm və Məhəmməd sıra ilə eşitdikləri səsə oyandılar. Uşaq bağrı hər an çatlayacaqmış kimi bağırır, ağlayır,ağlayırdı.. Sanki diri - diri dərisini üzürdülər. Məryəm gözlərini açar - açmaz burnunda hiss etdiyi dayanılmaz qoxu ilə üzünü buruşdurdu. Sonra qadının da uşaqla birlikdə ağladığını və üzünü dırnaqları ilə cırdığını gördü. 
İməkləyə - iməkləyə səsə doğru gedib qadının yaxınlığında dayandı. Ocağın sönməsinə az qalmışdı, işıq  onların üzünü düz əməlli aydınlada bilmirdi.
- Nə olub bacı ? Uşaq xəstədir ?
Qadın gözlərini sıxıb dodağını dişlədi,əlini sinəsinə çırpdı sonra barmağı ilə uşağı işarə etdi. Məryəm baxışlarını aşağı doğru, uşağın fəryad edən səsi gələn nöqtəyə çevirdi və gördüyü mənzərə qarşısında içini çəkdi.  Qadın uşağın bələyini açmışdı. Uşağın budları və çanaq bölgəsi,eləcə də cinsi orqanı qıpqırmızı qızarmış, köpəşimiş və suluqlamışdı. Üstəlik altındaki bezi hələ də sidik və nəcisli idi.. Məryəm əlləri ilə üzünü tutub qalmışdı. Nə deyəcəyini bilmirdi. Qadın dayanmadan sinəsinə vurur, saçlarını yolur, hıçqıra - hıçqıra ağlayırdı.
- Ağlama bacı, bir şey fikirləşərik, sən Allah ağlama..
Məryəm çarəsiz - çarəsiz Məhəmmədə baxarkən Məhəmməd artıq üst -başını düzəldib tövlədən çıxmaq üzərə idi
- Gedirəm o kəndə, bəlkə bir şey taparam, uşağın üstünü basırın,açıq tutmayın, hava buz kimidir.. Mütləq bir şey taparam,bacı,Allah kərimdir. Burada məni gözləyin.."

Dinlə məniWhere stories live. Discover now