Adsız Bölüm 40

2.6K 259 52
                                    

- Zəhra ?

Həyatda bəzən bu cür hallar olur, hansı ki, həmin anlarda tamamilə başqa insan olmağı arzulayırsınız..

Başqalarının yanında utandığınız, yıxıldığınız,hansısa pis bir işinizin üstünün açıldığı anlar..

Və şey..Birdə xoşunuza gələn oğlanın qarşısında dayanarkən əlil arabasında olduğunuz anlar.

Düz qarşımda dayanmışdı..Bir neçə santimetr aralıda. O qədər yaxın ki, artıq qoxusunun ətrini öyrənmişdim,adımı çəkərkən üzümə dəyən nəfəsini hiss edə bilirdim..Ağzında nanəli saqqız olduğunu bilirdim artıq amma indi tək bir əzələsi belə tərpənmədən yerindəcə dayanıb üzümə zilləmişdi. Ayaqlarında "converse" vardı. Boz rəngli şort və eyni rəngli olduqca nazik köynək geyinmişdi. Üzünü yeni təraş etdiyi bəlli idi çünki ümumi görünüşü yenicə təmizlənmiş evi xatırladırdı. Yanaqlarının, burnunun, boynunun üzərini zərif şəkildə bəzəyən çillərini gördükcə gülümsəməm dərinləşirdi amma üzündəki ifadə bu xoşbəxtliyimi mənə çox görürdü. Dərisinin rəngi pambıq kimi bəyaz idi. Qulaqlarının kənarı və dodaqlarının qırmızı rəngi birlikdə vəhtəd təşkil edirdi. Görüntüsü və tərpənmədən dayanması səndə elə təsürat yaradırdı ki,sanki, o, hansısa yağlı boya rəsm əsəridir.

Xitabına cavab vermədən sadəcə gülümsədim..

Sevgili Allah, nə olar elə indicə bir balaca lütf göndərib ayağa qalxmağıma kömək edəsən, hə ? Bunu mənim üçün edərsənmi ? Yoxsa bunun üçün həddən artıq sıradan biriyəm ? Sənki ayırım etməzsən insanlara..Yalvarıram, bu dəfə də " ol " de , olsun..

- Sən..Şey..mən..

Qızılı saçlarının üzərinə qapqara buludlar çökmüşdü..Üzü gah biraz açılır, gah da tamam tutqunlaşırdı. Heç bir günahı olmadığı halda indi içdən - içə özünü pis, hətta günahkar hiss etdiyini, gah mənə əsəbləşdiyini gah da yazığı gəldiyini gözlərində görə bilirdim..

- Biraz dəyişiklik olsun dedim - gülümsəməmi pozmadan əllərimi havaya qaldırıb özümü təqdim edirmiş kimi danışmağa başladım.

Bu cür vəziyyətlərdə özünü " sındırmamağın" tək yolu içində olduğun vəziyyəti ələ sala bilməkdir.Amma kaş həmin anlarda zarafatına gülən təkcə özün olmasan..Kaş səni ilk dəfə görən insanların simasındaki həmin adını tam olaraq qoya bilmədiyim ifadə də silinib getsə..

Raul dodaqlarını bir - birinə sıxdı amma gülümsəmədi. Bayaqdan bəri üzümə zillənən gözlərini sıxıb yana çevirdi..

Kəpənək sürətlə yerə çırpıldı..Artıq qanad çırpa bilmirdi..

Raul boğazını təmizlədi.Ağzındaki saqqızı dişlərinin arasında bircə dəfə var qüvvəsi ilə sıxdı. Sonra yenə üzünü çöndərib mənimlə göz - gözə gəldi

- Mənə niyə deməmisən ? Yəni bu..

- Bağışla..

Məni gözləyən şeyləri , əlbəttə , bilirdim.. Gözləntilərimi maksimum dərəcədə aşağıda tutmuşdum amma içimdəki ağrının bu qədər dözülməz olacağını hesablamamışdım.

Əli ilə üzünü ovuclayıb yanaqlarını iki dəfə sıxdıqdan sonra iki əli ilə başını iki yandan sıxaraq dirsəklərini dizlərinə dayadı. Artıq üzümə baxmırdı..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Dinlə məniWhere stories live. Discover now