Adsız Bölüm 31

3.3K 257 40
                                    

Gecə yatmazdan əvvəl yenə pəncərəmin önündə dayanıb bir müddət səmaya baxdım. Bu, məni hər zaman rahatladırdı.. Düzdür, bəzən din, yaradılış, inanclarım barədə şübhəyə düşürdüm..Fikirlərim qarışır, sanki qaranlıq meşənin içində azıb qalırdım..Amma belə anlarda, buludsuz səmaya baxıb sayrışan ulduzları izləyəndə qəlbim sinəmə sığmır, boğazıma qəhər dolurdu..Bunun necə bir şey olduğunu başa sala bilmirəm..Sanki göylər mənimlə danışırdı..İçimdən bir şey dayanmadan fısıldayırdı..

" Gözəl Allah..qüdrətli Allah..ən rəhimli..mərhəməti bol olan..ucalardan uca..Bağışla məni..bağışla məni.."

Gözlərim dolurdu, özümü günahlandırırdım..

Yəni bütün bunları görüb də yaradanı inkar etmək ağıl işi idi ? Əlbəttə deyildi.. Allahı sevirdim..buna heç vaxt şübhəm olmamışdı..Bəzən olurdu, onu anlamaqda çətinlik çəkirdim..Baş verən bəzi şeylər içimdə üsyan bayrağı qaldırırdı..Amma onu sevirdim..Hər zaman sevəcəkdim..

Həlimə ilə yerlərimizə uzanıb biraz söhbətləşdik. Elə belə..Havadan sudan şeylər..Sonra o, gözlərinin ağrıdığını deyib məndən əvvəl yuxuya getdi.

Yenə gecə ilə baş - başa qalmışdım.. Əslində bunu sevirdim.. Məncə əsl həyat gecə yarısından sonra başlayırdı.. İnsanlar yerlərinə uzanıb düşünməyə başladığı zaman..Qulağını şəkləyib gecəni dinlədikləri zaman.. Bəziləri düşünməyə macal tapmadan günün yorğunluğu ilə yatıb qalırdı amma qaranlıq küçələr yeraltı dünyadan çıxan ruhlarla çalxalanırdı məncə..

Gözlərimi yumub əllərimi sinəmdə aramla gəzdirməyə başladım. Boğazımın altındaki iki sümüyü çox sevirdim. 48 kilo olduğumdan sinəmdəki bütün sümükləri rahatlıqla saya bilirdim. Bəzən elə düşünürdüm ki, barmaqlarımı sinəmin ortasındaki sümüklərdən azca irəli itələsəm dərimi cırıb içəri keçə, ürəyimə, ətrafında dolanan kiçik kəpənəklərə toxuna bilərəm.. Qulaqcıqlarımı taxmışdım amma musiqi qoşmamışdım. Belə olanda qəlb döyüntülərimi əməlli - başlı eşidə bilirdim.

Dərindən nəfəs aldıqca döyüntülərim sürətlənirdi , bəzən marağımdan nəfəsimi bir dəqiqəyə yaxın tutulu saxlayırdım ki, görüm qəlb atışım dayanacaq ya yox.. Döyüntülər nisbətən yavaşlamağa başlayanda dözə bilməyib nəfəsimi alırdım.

Boğulma duyğusunu yaşamamışdım heç vaxt. Suyun altında boğulub ölən insanlar hər zaman qorxudurdu məni. Necə hiss idi görəsən ?

Bir dəfə oxumuşdum ki, uşaq yeni doğulan zaman anadan ona bəzi instinklər ötürülür. Məsələn suya salınanda nəfəsini tutur.

İnsan suyun altında nəfəsini tutan zaman oksigen qəbulu dayandığından bir müddət sonra panika hissi yaranır və su udmağa başlayır. Su ağciyərlərə dolduğundan insan boğulmağa başlayır. Amma şüur bağlı olanda yəni insan huşsuz vəziyyətdə suya düşəndə və ya suda olarkən huşunu itirəndə nəfəs alma refleksi və panika hissi yaranmadığından insan iyirmi dəqiqə sağ qala bilir. Amma bu müddət ərzində beyindəki neyronlar yavaş - yavaş ölməyə başlayır. İnsan nə qədər cavan olsa neyron sayı da o qədər çox olduğundan beyin nisbətən az travma alır.

Nə isə. Gecə vaxtı əlaqəsiz şeylər düşünmək adətim idi amma bu gecə yuxumda boğularaq öldüyümü görmək istəmədiyimdən fikrimi daha çox zövq alacağım bir mövzuya yayındırmalı idim.

Salam,whatsapp ! İcazənlə..birinə baxacaqdım

Əla, xəttə idi..!

" tuk -tuk.."

gözləməyimə ehtiyac qalmadı

yazır..

"indicə sənə mahnı göndərdim )))) "

içimə qəribə bir rahatlıq yayıldı. ona görə yox ki, mənə məndən öncə mahnı göndərmişdi. ona görə ki, kefini pozmağıma rəğmən mənimlə hələ də xoş danışırdı

" )) gəlməyib hələ. yaxşısan ? bağışla, bayaq düşünmədən danışdım.."

" önəmli deyil )) "

düz bilmişdim, kefini pozmuşdum..

Mahnı yükləndi. Elə ona yaza- yaza dinləməyə başladım.

"Evanescence - Lithium "

Sevdiyim qruplardan.

" Sevirəm bu mahnını )) Çox sağol "

" Xoşdur ) "

" Niyə bütün gözəl mahnıların sözləri bu qədər kədərli olur ? "

" Kədər gözəl hissdir əslində, məncə, insana dəyərin nə olduğunu başa salır ) "

" Bir şeyin dəyərini kədər olmadan anlamaq mümkün deyil ? "

" Özün fikirləş, nə vaxtsa belə bir şey yaşamısanmı ? Məsələn sən xoşbəxtlik sözünün mənasını nə vaxt anlamağa başlayırsan ? Uşaqlıq illərini düşün, təzə oyuncaq alınanda sevinirdin çünki " yoxluq " nədir bilirdin. Yemək yeyənde sevinirdin çünki aclıq nədir bilirdin. Yıxılanda ağlayırdın çünki sağlamlıq nədir bilirdin. ))

Necə gözəl danışırdı.. Bütün yazdıqlarını susuz qalmış adamın bir stəkan su içməsi kimi beynimə qəbul edirdim.

" Haqlısan ))

" Mənə niyə biraz özündən danışmırsan ? Məsələn , sən nə vaxt özünü xoşbəxt hiss edirsən ? Sənin üçün nədir xoşbəxtlik ? "

Hazırlaşmadığım yerdən sual gəlmişdi. Bəxtim heç vaxt gətirmirdi də !

" Xoşbəxtlik ? Bilmirəm, yəqin ki, ailəm..? Sahib olduğum şeylər..Kədər də yəqin , zənnimin məni yanıltdığı bütün anlar..yəni hansısa bir şeyə inandığım zaman o şeyin tamam başqa cür çıxması.. Bu məni hər zaman kədərləndirib "

" Doğrudur.Xoşbəxt hiss edə bilmək üçün gözləntilərini maksimum azaltmalısan. Əsas da insanlarla bağlı gözləntilərini ) "

Bəs sən Raul ? Səninlə nə edəcəyəm ? Səndən heçnə gözləmirdim..Heçnə.. Adicə yazdığın bu iki - üç mesaj bəs edirdi . Amma bu, hər zaman belə davam etməyəcəkdi.. Sonra nə olacaqdı ? Sən nə vaxt xatirəyə çevriləcəkdin mənim üçün ? Neçə ay sonra..? Neçə gün ?..

O gecə gözəl bir yuxu gördüm..

Bir dəfə eşitmişdim ki, gecələr ətrafımız qoruyucu mələklərimizlə çevrili olur.. Onlar bizə baxır, gülümsəyir, qayğımıza qalırdı..

Bu dəfə əlini çiynimə qoyub yatarkən məni izləyən mələk eynilə Raulun simasını daşıyırdı..

 Bu dəfə əlini çiynimə qoyub yatarkən məni izləyən mələk eynilə Raulun simasını daşıyırdı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Dinlə məniWhere stories live. Discover now