Adsız Bölüm 29

2.7K 241 78
                                    

Yeni kitaba başlamışdım. Kitabda satanistlərlə və keçirdikləri rituallarla bağlı məlumatlar yazılmışdı.Onların inancına görə insan intihar edən zaman göylər o insanın ruhunu qəbul etmirmiş. Bu səbəbdən ruh bu dünya ilə o biri dünya arasında bir yerdə ilişib qalaraq lənətlənirmiş. Bu səbəbdən satanislər qrubuna daxil olan hər bir üzv , şeytanla görüşmək arzusu ilə süni şəkildə intihar edirmişlər. İndi deyəcəksiniz bu necə mümkün olur ? Bəli , bu mümkündür. Bunun üçün qrubun üzvləri "ibogain " adlı bitkidən istifadə edir. Qərbi Afrikadan yetişən , bol yağış yağan meşələrdə bitən uzun ömürlü kol bitkisinin köklərindən çıxarılan ibogain adlı bu maddədən istifadə edən insan uzun müddət komada qalır. Çünki bu maddədən bir dəfə istifadə etmək altı aylıq heroin qəbuluna bərabərdir. Və komada qalan insan bu müddət ərzində bitmək bilməyən hallisunasiyalar ( gerçək olmayan səslər və görüntülər ) görür. Afrika mədəniyyətində bu vəziyyət " düşüncəni dəyişə bilmək, fərqli təbəqələri anlaya bilmək, ilahi və ya şeytani güclərlə təmas qura bilmək, gerçəkləri kəşf etmək " kimi qəbul edilir.

Qonşumuz Akif dayı, bax, belə yerdə yaxşı deyir ki : " Səy köpək uşağı ! "

Raulla son danışığımızın üzərindən altı saat keçmişdi və son dörd saatdır başımı kitabdan qaldırmamışdım. Qarnımdan çıxan " yemək ver, zalımın qızı ! " üsyan səslərinə ayılıb Həliməni çağırdım. İçəri otaqda sevimli serialına baxırdı.

YENƏ !

- Nə olub ?

- Acmışam..

Üzünə yemək gözləyən pişik balası kimi baxdım. Zəif nöqtəsini tutmuşdum.

- Yaxşı , gözlə, indi biraz salat..

Nə ? ! Zarafat edirdi ? Anam evdə yox idi və salat ???

- Yox ! Zəhmət olmasa mənə sadəcə yavan çörək və pomidor gətir..Yalvarıram!

Həlimə gülərək otaqdan çıxdı. Telefonumu yoxladım. Heç bir bildiriş yox idi.

" Ordasan ? "

göndər

Həlimə , əlində dünəndən qalma bir parça zavod çörəyi və iki dənə balaca , çox sevdiyim turşməzə pomidorla içəri girdi

- Allahım. Çox sağol !

Həvəslə əlindəkiləri alıb öncə çörəkdən, sonra da pomidordan bir dişlək aldım.

P.s : Heç vaxt önünüzdə biri varkən pomidor dişləməyin !

Həlimənin iç çəkişi üzünə yayılan pomidor suyunu görməyimə və ardından uğunmağıma səbəb oldu. Ağzı açıq halda əllərini üzünə apardı və saniyələr sonra mənə qoşuldu.

Üzünü təmizləmək üçün gülə - gülə hamam otağına yollananda telefonum masanın üzərində titrədi

" Hə )) "

Düşündüm, görəsən indi məni əlimdə pomidor çörəklə görsə reaksiyası nə cür olardı ?

Şişmiş ovurdumda saxladığım loxmanı çeynəməyi dayandırıb cavab yazdım

" Yaxşısan ? Nə var nə yox ? )) "

Çeynəməyə davam

" Hə. Yatmışdım, biraz olar oyanmışam. Oyuna keçmək istəyirəm , baş qatmağa heçnə yoxdu ))"

" Assasinss ? )) "

" Yox, bu gün "Diablo" ya başlamışam )) "

Diablo ? Bu oyunun adını ilk dəfə youtubeda görmüşdüm. Bir sürü oyun zamanı çəkilən videoları yüklənmişdi.

" Online olan ? "

" Hə ) Bilirsən burada bir oğlan var. Yəni var idi. İllər əvvəl bu oyunda dünya üzrə ən yaxşılardan sayılırdı. Atası belçikalı anası afrikalı idi. Özü çox kasıb olsa da oyunda dahi hesab edilirdi. Hal hazırda Belçikada yaşayır . Bir gün bir event yaratdı və dedi ki, oyunda yığılan bütün pulu Afrikaya bağışlayacam. İki il ərzində 12 milyon dollar qazandı və bütün pulu həqiqətən Afrikadaki insanlara kamazlar dolusu yemək və geyimlər almaq üçün xərclədi. Adı Athene Winsdi. İstəsən Afrikadaki videolarına baxa bilərsən )) "

" Vov ! Əladır ki :)) "

" Elədir )) Birazdan danışaq bəlkə ? Görüntülü yəni "

Relax, kəpənək..relax !

" Aıı, alınsa xəbər edərəm, birazdan anamgil gələcək çünki )) "

" yaxşı, sənə necə rahatdırsa "

" :) yaxşı "

göndər

görüldü.

xəttən çıxdı

Çox maraqsız insan idim. söhbət etmək üçün maraqlı heçnə tapa bilmirdim. mənim işim müzakirədə yaxşı idi. nələrsə haqqında danışmaq, nə bilim ya da bir şey öyrənmək.. normal qızlar kimi davranmaq çətin gəlirdi. Telefonu tam kənara qoyub kitabıma qayıdacaqkən telefonum yenidən titrədi.

Şəkil göndərmişdi.

Deyəsən həyət evində yaşayırdılar. Hardasa bayırda, bir masa arxasında oturmuşdu. Arxa hissəsində pəncərə görünürdü. Önündəki boşqabın içərisində qara üzüm, doğranmış kivi vardı. Şəkli özü çəkmişdi. Bu dəfə üzündə həqiqi gülümsəməsini görə bildim. Təvazökar və yorğun bir gülümsəmə.. Digər əlini başına söykəyib oturmuş, kameraya baxa- baxa gülümsəyərkən , gözlərim üzündəki sümükləri möhkəmcə qucaqlayan sıx dərisinin üzərində gəzindi. Dodaqları yana dartılmış , dodaq ətrafı dərisinində nazik qırışlar yaratmışdı. Qəhvəyi göz bəbəkləri azca geriləyib göz qapaqlarının içində gizlənmiş, utancaq bir görüntüyə bürünmüşdü..

Şəkilə baxarkən niyə gülümsədiyimi bilmirdim amma buna bir son vermək mümkünsüz gəlirdi. İndi işin ən çətin tərəfində idim. Nə yazacaqdım ?!

Cavabımda səmimi ola bilməzdim. Dürüstlüyə bu dəfəlik göz yumub ürəyimdə dolub daşan tərifləri bir tərəfə itələdim.

Telefonun kamerasını işə salıb selfi moduna aldım. Bir əlimdə yarısı yeyilmiş çörək dilimini tutdum. Dolu ovurdumla gülümsəyərək qaşlarımı yuxarı qaldırarıb şəklimi çəkdim.

Üzümdə makiyajdan əsər yox idi. Saçlarımı az da olsa qaydaya salmışdım. Yəni.. öz gözümdə elə də pis görünmürdüm.

Özümü onunla hər danışanda sıxıntıda hiss etmək , hər dəfə " full makiyaj" kamera önünə keçmək istəmirdim deyə içimdə anidən baş qaldıran cəsarəti qürurla salamladım.

göndər

görüldü.

İndi mən niyə gülümsəyirdim yaxşı ? Anidən qorxuya düşüb ağzımın qıraqlarında pomidor dənəsi qalıb qalmadığını yoxlamaq üçün şəkili canı çıxana qədər yaxınlaşdırmışdım. görünürdə bir şey yox idi.

" haha ! :))) nuş olsun :)) "

" çox sağol )))) "

" bir şey desəm ? "

lənət şeytana ! mütləq pomidor dənəsi görmüşdü !

" de )) "

cəsarəti dinləmək ağıllı fikir deyildi..

" makiyaj günəşi buludların arxasında saxlayırmış :))) "

İlahiiii !!

Dinlə məniWhere stories live. Discover now