Adsız Bölüm 50

2.7K 251 24
                                    

"Kəpənəklərin təbiətdəki ən böyük düşmanı bəzi böcəklər və həmin böcəkləri yeyən bəzi quşlardır. Bu canlıların ən böyük düşmanı isə bayquşlardır. Bu fakt isə çox qəribə bir sirrin üstünü açır. Çünki, kəpənəklərin böyük bir hissəsinin qanadları üzərində məhz bayquş şəkli təsvir olunur. Çünki kəpənək dara düşən zaman düşmanını təqlid edərək özünü "kamuflaj " edir. Bu da onu bayquş tərəfindən ovlanmaqdan qoruyur. "

Sənədli filmi səslərdirən kişiyə qulaq asdıqca ağzım bir qarış açıq qalırdı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sənədli filmi səslərdirən kişiyə qulaq asdıqca ağzım bir qarış açıq qalırdı.

Bizim kəpənəyimizə bir bax !

Həlimənin hazırladığı pendirli sendviçi yeyərək sənədli filmdən çıxıb bir az da fərqli şeylər izləməyə qərar verdim. Nə izləmək olardı ki, başqa ? Youtubda yerləşdirilən bir çox video mənim tərzim olmadığından çox vaxt sadəcə mənə lazım olan hansısa mahnını dinləmək üçün istifadə edirdim.

Mm..Bir baxaq..

" 48 saat yemək yeməyən adamın aqibəti "

keç

" Ateist və müsəlman eyni təyyarədə "

keç

" Bakirəlik nə qədər önəmlidir ? "

İlahi..keç !

" Rihanna - Ellen Show "

İzlə.

Ellen Show'u bilməyəniniz var ? Ən sevdiyim verlişlərdən birinin aparıcısı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ellen Show'u bilməyəniniz var ? Ən sevdiyim verlişlərdən birinin aparıcısı. O qədər gözəl yumor anlayışı və dünyaya qarşı sərgilədiyi ümumi bir tutumu var idi ki, ona hər zaman həsəd aparmışdım. Hal - hazırda bir qadınla evlidir. Qaşlarınızı çatmayın dərhal ! Öncə izləyin ,məncə..))

"Telefona baxmamaq" adlı mübarizəmdə əlli dəfəyə yaxın məğlub olsam da özümü inandırmağa çalışırdım ki, əllərim hal hazırda dəli kimi mesaj yazmaq istəmir , bu ,sadəcə yanılmadır.

İndi xəstəxanada idilər. Bir sürü test işləri ilə məşğul olurdular . Anası içəri otaqlardan birində ikən o , xəstəxana dəhlizlərində tək başına gözləyirdi.. Bu , məni incidirdi.. Yanında olmaq, hətta biraz daha irəli gedib əlini tutmaq, kürəyini sığallayıb heçnə demədən dayanmaq istəyirdim .. Amma mesaj yaza bilmirdim. Düşünürdüm , bu çox amma çox soyuqqanlı yanaşmadır.. Belə hallarda uzaq məsafələr biraz daha incidir adamı.. Səhər - səhər bir iki mesajlaşma keçmişdi aramızda. Onda hələ növbə gözləyirdilər.

Beləcə saat yeddiyə qədər iradəmin rekordunu yeniləyərək dözdüm.Masamın üzərində, notebookumun yanındaki telefonum titrəyəndə telefonumun üzərinə bala ceyranın boğazına doğru sıçrayan aslan kimi sıçradım və işığı yanan ekrana baxdım.

Qə-lə-bə !

Yeni bir video .

Başlat.

Telefonun ekranı öncə titrək şəkildə asfaltı çəkdi. Sonra yuxarı qalxdı və Raulla anasının üzünə tərəf çevrildi. Raul anasının boynunu qucaqlayaraq gülürdü. " Ana, bura bax "

Anası gözlərini ekrana tərəf çevirib gülümsəyərək dayandı. İlk öncə ona elə gəldi ki, Raul sadəcə şəkil çəkir. Raulun açıqlamasından sonra solğun üzündəki gülümsəmə dərinləşdi və az sonra alçaq səsli qəhqəhəyə çevrildi.

" Zəhraa ! Biz dünyanın qəhrəmanlarıyıııq ! Vooooov ! "

Adımı onun ağzından və ən əsası anasının yanında olarkən eşitdiyim üçün üzüm təəccüb içində ciddiləşdi. Əlimlə ağzımı qapayan zaman isə artıq gülməyə başlamışdım.

" Ana burada gözlə "

Raul qaçaraq irəliyə doğru getdikcə ətrafı görmək mümkünsüzləşirdi çünki, həm əlini üzündən aşağı endirmişdi, həm də qaçdığı üçün ekran dəli kimi titrəyirdi. Sonra ingilis dilində kiməsə nəsə dedi və ekran yenidən titrəyərək düzəldi. Bu dəfə Raul geri - geri addımlayaraq kameraya baxarkən eyni zamanda anasına tərəf uzaqlaşırdı və telefon başqa birinin əlində idi. Raul anasının yanına çatar - çatmaz aşağı doğru əyildi və qollarının birini anasının dizləri altından digərini də qollarının altından keçirib onu sanki bir tük qədər yüngülmüş kimi asanlıqla qucağına götürdü. Anasından , havada yarımçıq qalan bir qışqırıq səsi eşidildi və ardınca qəhqəhələri eşidildi.

" Biz qalibiiiik ! "

Raul anasını qollarının üzərində dayanmadan fırladır, qadın küləkdə sovrulan ətəyini əli ilə tutmağa çalışır amma gülüşünü saxlaya bilmədiyindən bunu bacarmırdı Telefonun ekranı get - gedə Raulgilə yaxınlaşdı. Raul anasının üzünə baxıb geniş gülüşünü səmimi bir gülümsəmə ilə əvəzlədi

" Sən mənim qəhrəmanımsan " dedi və anasının yanağına ürəkdən bir öpüş qondurdu.

Tam o sırada Raulun arxa tərəfindən boylanan bir şey gördüm.. Kəpənək başını astaca yuxarı qaldırıb ürkək - ürkək kameraya boylanır eyni ürkəkliklə yenidən aşağı əyilirdi.

Ay səni,xətəkar ! Səni ora iş üçün göndərmişdim mən ! İndi geri qayıtmalısan !

Anası əlini Raulun üzündə gəzdirib oğlunun boynuna doğru soxuldu. Sonra cəld arxaya çəkilib xəfif bir şillə ilə Raulun üzünə vurdu

" Sal,məni aşağı ! " dedi qaşlarını çatıb əsəbi görünməyə çalışsa da hələ də gülərək.

Sonra ikisi də yan - yana dayanıb kameraya bir daha baxdı və video orada dayandı.

Gözlərim dolmuşdu. O videoda o qədər şey bir arada idi ki, bütün bunların hamısını bir anda yaşamağa necə dözdüklərini anlamırdım.. Ölümlə qarşı- qarşıya dayanarkən əl - ələ tutub qürurla gülümsəyirdilər..

Dinlə məniWhere stories live. Discover now