Adsız Bölüm 8

3.3K 255 14
                                    

Evdə oturmaqdan canım çıxırdı. Görüşüb vaxt keçirmək üçün heç kəs yox idi.  Valideynlərim işdə idi və mən bacımın serial izləyərkən çıxardığı qeyri adi səslərə dözmək məcburiyyətində qalmışdım. Hansısa türk serialı izləyirdi. Mənim bacım. MƏNİM BACIM SERİAL İZLƏYİRDİ. İlahi..Kim Sherlock Holmes dura - dura türk serialı izləyər ki ?!

Ağılsızlıq etmişdim, gərək bayaqki gəzinti təklifini qəbul edəydim. Evimizin yaxınlığında bir park var idi.  Arada bir axşamüstlərində mənimlə ora gedib vaxt keçirirdi. Təbii , dostları ilə görüşə gedəndə də bunu mənə hər zaman təklif edərdi amma heç vaxt razılaşmamışdım.  İnsan özünü o cür yerlərdə çox narahat hiss edir. Hər kəs səmimi şəkildə danışıb gülür, zarafatlar göydə uçuşurdu.Amma sən o zarafatların mənbəyini bilmədiyin üçün, söhbətin hansı müəllimdən və ya birlikdə keçirdikləri hansı andan getdiyini bilmədiyin üçün bütün söhbətlərə " fransız qalırdın ". Həm də insan təbiətində bu var. Öz bacı qardaşınla dostlarınla olan görüşə gedəndə niyəsə utanırsan. Tam rahat ola bilmirsən. İstəmirdim ki , mənə görə sıxılsın.

Amma indi qulağımdaki qulaqcıqlar belə Həlimənin iç çəkişlərini basdıra bilmədiyindən istənilən görüşə getməyə hazır idim. Hava qırx dərəcə isti olsa da ! 

Nə etsəm deyə düşündüm.. Fikrini dağıtmalı idim. Onu sevimli serialından qoparmaq üçün bircə şansım var idi. 

Özümü qurban etmək.

- Həlimə !

Qəti səs tonum indidən diqqətini çəkmişdi. Təəccüblə üzümə baxıb nə deyəcəyimi gözlədi

- Nədi ?

- Razıyam!

- Nəyə ?

Təəccübü artmışdı

- Gününü mənə ayırmağına. Gəl tərzimi dəyişək, nə bilim dırnaqlarımı filan rənglə. Nə istəsən..

- Ciddi deyirsən ?

Ağzı açıq halda danışdı. Yəqin  düşünürdü ki, zarafat edirəm və risk etmirdi ki, serialın üzərindən X işarəsini basıb ekranı söndürsün. 

- Fikrimi dəyişmədən dur ayağa !

Notebookun qapağını elə sürətlə örtdü ki, məni nələrin gözlədiyini elə o andaca başa düşdüm.

Xeyirlisi. 

- Yaxşı, şey, birinci nədən başlayaq ? Mmm..Saç, saçların !

Otaqda oyan bu yana gedərkən saçlarıma baxıb qəfil dayanmışdı. Əlimi saçlarıma aparıb qaşlarımı çatdım 

- Nə ? Yox ! Nə saç ?

- Saçlarını kəsdirəcəyik. Ya da özüm kəsəcəm. Bilirsən ki, öz saçımı da həmişə özüm kəsirəm. Bu barədə olan istedadımı inkar edə bilməzsən !

Yaxşı..Deyəsən bu, yüksək adrenalinin yan təsirləri idi. 

- Saçlarımı kəsməyəcəksən !

- Zəhra..

Gəlib önümdə diz çökərək mənimlə eyni boyda olarkən dayandı

- Vallah, saç ucların bərbad vəziyyətdədir. İstəməsən çox kəsmərik amma özün də bilirsən ki, kəsilməlidir. Süpürgəyə oxşayır, bir bunlara bax ?

Atquyruğu yığdığım saçlarımın aşağı hissəsini əlinə yığıb mənə göstərəndə az qala boynumu qıracaqdı.

Biraz düşündüm, bəlkə də haqlı idi. Azca kəsimdən bir şey olmazdı.

- Yaxşı, amma çox az ! 

- Razılaşdıq ! 

- Çox az !

Əllərini bir birinə çırpıb , parlayan gözləri ilə mənə baxaraq gülümsədi. Və böyük həvəslə məni vanna otağına apardı..

Dinlə məniWhere stories live. Discover now