Adsız Bölüm 24

3.2K 245 38
                                    

Bu gün nədənsə çox tez oyanmışdım və hər zamankinin əksinə yuxumu tam ala bilmədiyim üçün əsəbi hiss etmirdim. Saat doqquzun yarısı idi və hələ günəşin üzümə düşən şüaları məni qıcıqlandırmır, əksinə sanki mənə xüsusi nəvaziş göstərirdi..Nə qəribədir..Yaşadığımız dünyada həyatın var olması məhz ondan asılı idi.. Bizi qızdırır, torpaqlarımızı isidir, onlarda sayısız qida yetişdirirdi..Təsadüfi deyildi haqqında bu qədər əfsanələrin yaranması..Və ya ona ibadət edilməsi.. İnsanlar ilk dəfə fəsillərin dəyişdiyini, bəzi aylarda Günəşin onları daha çox isitdiyini , bitkilərin böyüməsinə kömək etdiyini görəndə ona Tanrı olaraq ibadət etməyə başlamışdı. Çünki düşünürdülər ki, nə vaxt gecə ortaya çıxan yırtıcı heyvanlar insanları qorxutsa günəş onların səsini eşidir və yanlarına gəlir. Hər yeri aydınladır və yırtıcıları qorxudub qaçırır.. Elə bu inanışlar zamanla onların fikirlərini həm də ulduzlara yönəltdi. İnsanlar ulduzların yavaş - yavaş hərəkət etmələrini izləyib yaxın gələcəkdə nələr olacağını əvvəlcədən hesablamağa başladı. Zamanla ulduzları qruplar halına gətirib xəritələr yaratdılar.Bu da insanların ta bu günə qədər istifadə etdikləri ilk Zodiak çarpazının yaranmasına səbəb oldu. Günəşin bir il ərzində həmin qrupdaki ulduzların içərisindən keçişini təsvir edir . 12 ayı, 4 mövsümü və gün dönümlərini göstərir. Ulduz qrupuna daxil edilən bütün ulduzlar ayrı - ayrı cəmləşdirilib hansısa heyvana və ya təbiətdəki hansısa bir şeyə bənzədilirdi. Bu bənzətmələr, günəşin həmin ulduzlara yaxın olarkən , həmin vaxt ərzində hansı hadisələrin yaşandığından asılı olaraq dəyişirdi. Məsələn həmin vaxt yağış yağsa ulduzların forması əlindəki qabdan su tökən insana oxşadılırdı. Xəritədəki günəş tam mərkəzdə təsvir edilmişdi və ona Tanrı adı vermişdilər. "Tanrının günəşi", "Dünyanın işığı " kimi digər adları da vardı. Sonradan bu bənzətmələr bütün ölkələrə yayılır. Məsələn Misirdə günəş tanrısı sayılan Horus meydana çıxır. Əfsanələr yayıldıqca insanlar Horusla , yəni günəşlə savaşan bir düşman da yaratmağa qərar verirlər və bu, Horusun qardaşı Set olur. Set qaranlığı ( gecəni ) təmsil edir. İki qardaş heç vaxt bitməyən bir savaşa başlayır. Horus hər səhər qardaşına qalib gəlir və gecə düşdüyü zaman Set onu öz qaranlığı ilə lənətləyib yeraltına göndərir. Beləliklə, xeyir və şər, pislik və yaxşılıq kimi qavramlar yaranır. Zaman ötdükcə əfsanələr inanışa, inanışlar dinlərə çevrilir. Məsələn ulduz təqviminə görə Horus ( günəş tanrısı ) 25 dekabrda bakirə İsis - Meri tərəfindən dünyaya gətirilir. Üç kral adı verilən ən parlaq üç ulduzun istiqaməti ilə tapılır və seçilmiş adam olur. 12 yaşına gələndə hər şeyi öyrədən müəllim olur və 30 yaşına çatanda müqəddəs elan edilərək savaşçı kimi vəzifəsinə başlayır. Horusun yanında ona inanan 12 müridi varmış. Xəstələri yaxşılaşdırmaq, su üstündə yeriyə bilmək kimi möcüzələrə sahib imiş.Horusun digər adları sırasında "Gözəl çoban" adı da var. Bir zaman sonra Horus müridlərindən biri tərəfindən xəyanətə uğrayır və çarmıxa çəkilir. 3 gün basıdırlmış vəziyyətdə qalır və yenidən dirilir..

Horus haqqında bu əfsanə eynilə daha əvvəl olduğu kimi ölkələrə , şəhərlərə yayıldıqca müxtəlif dövürlərdə müxtəlik insanlar da onunla eyni talehi yaşamağa başlayır. Firrigiyanın Attisi , Hindistanın Krişnası, Yunanıstanın Dionysusu.. Hər biri 25 dekabrda doğulur, eyni möcüzələri göstərir, çarmıxa çəkilir, basdırılır və yenidən dirilir.

Niyə 25 dekabr, niyə 12 mürid və niyə çarmıxdan sonra dirilmə ? Elm adamları İsa peyğəmbərin həyatını incələyərkən, onun da eynilə eyni həyat yaşadığını mənbələrlə sübut etməyə başlayır. Bakirə ana, 25 dekabr, 12 mürid, satqınlıq, çarmıx və dirilmə. Üstəlik İncildə isa peyğəmbərlə oxşar həyat yaşayan Yusif peyğəmbərin də adı yer alır. Hər ikisi də möcüzəvi şəkildə doğulur, Yusifin 12 qardaşı , İsanın 12 müridi var ikisi də pul üçün satılıb , hər ikisi də öz vəzifələrinə 30 yaşında başlayıb..və.s

Ağıllara yenə ulduz xəritəsi gəlirdi. Səmadaki eyni xətt üzərində dayanan üç ən parlaq ulduz bu gün də eyni adla anılır. Üç kral. Və digər ən parlaq ulduz olan Sirius. Bu ulduzlar 25 dekabrda günəşin çıxacağı nöqtəni göstərir. Yəni ulduzların bu hərəkəti günəşin doğumunu işarə edir. Günəş də inanışa görə tanrı qəbul edilirdi.

Bu arada hesablamalara görə İsa peyğəmbərin anası Məryəm , qız bürcündəndir. Qız bürcü tərcümədə Virgo sözü kimi yazılır mənası da Virgin yəni bakirə deməkdir.

Bundan əlavə bu gün də 25 dekabr tarixində təbiətdə qəribə bir hadisə yaşanır. Yaz gündönümündən qış gündönümünə qədər havalar isinir və soyuyur , günlər qısalır və uzanır. Şimal yarımkürəsindən baxıldığı zaman günəş cənub yarımkürəsinə tərəf gedir və nisbətən balacalaşır. Günlərin qısalması və havanın soyuması antik dövrlərdə ölümü təmsil edirdi. Onlar bunu günəşin ölümü ( tanrının ölümü ) kimi qəbul edirdi. 22 dekabr günü günəş demək olar ki, görünmür. Və demək olar ki, üç gün boyunca hərəkətini dayandırır. Və 3 gün sonra ( 25 dekabr ) günəş yenidən cənub yarımkürəsi tərəfdə yerləşən xaçşəkilli ulduz qrupu üzərində yüksəlməyə başlayır. 25 dekabr günü günəş şimala doğru bir dərəcə hərəkət edir və günlər yenidən uzanmağa, havalar isinməyə başlayır. Və bu səbəbdən , əsrlərdir " Günəş xaç üzərində öldü, 3 gün qaldı və yenidən dirildi " ifadəsi işlədilir. Nə təsadüfdürsə, yenə əsrlərdir İsa peyğəmbər kimi digər yüzlərlə günəş tanrısı da xaç, ölüm və yenidən diriliş hekayəsini paylaşırlar..

Nə isə, çox uzatdım deyəsən.. Demək istədiyim, bu, günəşdir..bizi isidir, ac saxlamır və qayğımıza qalır..Günəşi sevin. Günəş kimi olun !

Ətraf o qədər səssiz idi ki, bu sakitliyi ən sevdiyim muqisilərdən biri ilə taclandırmaq istədim.

Soul Asylum - Runaway Train

Bu musiqinin klibində ancaq itmiş insanların ( qoca , uşaq, gənc ) şəkilləri paylaşılıb və "Əgər bu şəkillərdəki insanlardan birini görmüsünüzsə və ya özünüz onlarda birisinizsə bu nömrələrə zəng edin" kimi sözlərlə mahnı bəstələnib.. Şəkillərin bəziləri 1991 - ci ildən , bəziləri yaxın keçmişdən idi.. İlk dəfə klibini izlədiyim zaman çox təsirlənmişdim. Və indi..Günün bu saatında otağımda uzanıb xəyalımda , heç tanımadığım insanlar üçün dua edirdim..

Dinlə məniWhere stories live. Discover now