Adsız Bölüm 28

3.1K 241 41
                                    

Yuxumda illər əvvəl yaşadığım bir günü görmüşdüm..Həmin gün mənim üçün həqiqətən ağır keçmişdi çünki məhəlləmizdə aramın pis olduğu iki qız atamın o gün mənə aldığı bir sürü yeni oyuncağı konalizasiya suyunun axdığı bir yerə atmışdı. Çox qəribədir, yuxuda sanki həmin günü yenidən yaşayırdım. Hisslərim, keçirdiyim ağrı və inciklik o qədər təzə və canlı idi ki, bir tərəfim bunun sadəcə yuxu olduğunu idrak etsə də digər tərəfim şübhə içində qalırdı.. Yuxudan oyananda gözlərim bir başa o gündən yadigar qalan yeganə oyuncağıma , indiyə qədər yanımdan ayırmadığım sarı rəngli balaca filə sataşdı. Fili suya ata bilməmişdilər çünki , həmin an hansısa səbəblə evə getdiyim zaman əlimdə idi. Qayıdanda gördüyüm səhnə inanılmaz idi. Bir uşaq üçün , qutusundan yeni çıxan oyuncaqlarını konalizasiya suyunda üzərkən görmək , hansısa dünyaca məşhur teatr səhnəsinə tamaşa etmək kimi idi.
Tükürpədici.
Çarpayımda uzanılı halda dayanıb filə baxarkən gülümsədim.

Xatirələr..

Xatirələrin ən gözəl yanı onlara istədiyiniz zaman qayıda bilməyinizdir. Heç kim onları sizdən ala bilməz, sizə qarşı çıxa bilməz..

Amma bəzi xatirələr var ki, onlara hər baxdığın zaman biraz daha dəyişdiyini görürsən..Yox..Bilmirəm, bəlkə də dəyişən bizik..Həyata qarşı baxışlarımız hansısa hadisənin gözümüzdəki yerini dəyişə bilir.. Çünki əgər xatirələr dəyişibsə, onlardan əvvəl sən dəyişmisən deməkdir..

Baxışların dəyişib, düşüncələrin, yaşadıqların..hər şeyin..Əvvəl ağladığın şeylər indi çevrilib olub sənin nəşə qaynağın..

Zaman..
Dramaları komediyaya çevirməkdə peşəkardır..

Yastığımın altındaki telefonumu yoxladım.

Bir yeni bildiriş var idi. Niyəsə tez saata baxdım .

11:30

Əlim ayağıma dolaşdı. Tez oyanacaqdı bu gün. Və ilk fürsətdə yazacağını demişdi.

Sevgili "fürsət", hər haradasansa , sevirəm səni !

Tələsik mesajı açdım.

Mahnı göndərmişdi.

Göndərdiyi saat 09:10

Yanımdaki masadan qulaqcıqlarımı götürdüm. Həlimə yerində deyildi, məndən öncə oyanmışdı amma yenə də mahnını təkcə özüm eşitmək istədim.

" Alan Walker - Faded "

Daha əvvəl eşitmişdim amma yenə də çox yaxşı hiss etdirdi dinləmək.

Bilirdim ki, bütün bunlar keçici hisslərdir. Sadəcə hər şey yeni olduğundan bu qədər böyüdürdüm. Hər şey bu səbəbdən bu qədər xüsusi hiss etdirirdi. Münasibətlərin ən gözəl dövrü yeni tanışlığa başladığın zaman olur.

" Əladı.Çox sağol )) "

göndər

Fikirləşdim , görəsən bu gündəmi xəstəxanadadırlar ? Amma yox, kimyoterapiya ən çox həftədə 2 ya da 3 dəfə qəbul edilirdi.

yazır..

" necə hiss edirsən bu gün ? "

" qəribə )) uşaqlıq vaxtıma aid bir yuxudan ayılmışam )) "

" yaxşı idi ya pis ? "

" ağrılı )))) həmin gün dəli kimi ağlamışdım ) "

" boş yerə deməyiblər ki, ən son ağladığın yerə bir də heç vaxt qayıtma . yuxuda belə olsa )) "

" ))) düzdü . sən necəsən ? "

" pis deyiləm. bu ayın sonunda Almaniyaya gedəsi olduq. Anamı aparacam yoxlanması üçün. Onun üçün sənəd işlərini həll edirəm "

" Hər şey qaydasındadır ? "

" Hə, hə, qorxulu nəsə yoxdu, bizim həkimlər deyir anamın bədəni yaxşılaşmağa doğru gedir. əmin olmaq üçün ora gedirik. əgər doğru çıxsa bundan sonra ancaq bir iki dərman lazım olacaq vəssalam :)"

Mesajı oxuyarkən Raulun üzünü gözümün önündə canlandırırdım. Bu sözləri yazmağın onu necə incitdiyini təxmin edirdim. Çənəsini sıxıb özünü inandırmağa çalışırdı ki, hər şey yaxşı olacaq. Alnındaki nazik tər təbəqəsini silir, özünü sakit tutmağa çalışırdı..

Hər şey yaxşı olacaq..hər şey yaxşı olacaq..

Bu cümlənin özü belə sanki insana qışqırırdı : özünü aldatma ,axmaq ! özünü aldatma !

Bir an üçün , kaş dedim..kaş indi yanında ola bilsəydim..

bəzən olur, insan yanında hansısa yalana birlikdə inanacağı kimisə arzulayır..

Ümid edirdim ki, bu dəfə həqiqətən hər şey yaxşı olar. Çünki süd vəzi xərçəngində erkən müdaxilə ilə uzun illər yaşayan insanlar tanıyırdım. Niyə də olmasın..?

" Əla ! :) Bu ayın axırı gedirsiniz ? Yəni on gün sonra ? "

" Hə . Gəl mənlə gedək ! )) "

Saxla qanadlarını, lənətə gəlmiş kəpənək, adi bir zarafatdır !

" yoldayam artıq !"

" :)) "

Dinlə məniWhere stories live. Discover now