Adsız Bölüm 46

2.2K 220 17
                                    

- Özümü çox azad hiss edirəm !

çarəsiz yalan..

- Necə ağılsız olmuşam ! Bu qədər vaxtı boşu - boşuna xərcləmişəm ! Kaş daha əvvəl ayrılardım ondan !

kədərli yalan..

- Dünən axırıncı dəfə danışdım. Dedim ki, qurtardıq. Bir də mənə zəng eləmə ! Bütün mesajlarını sildim, hədiyyələrini də atdım, yandırdım hamısını !

qürurlu yalan..

- Vecimə də deyil !

qəhərli yalan..

- Hə..vecimə də..vecimə də deyil..!

gözlərindən iki damla yaş eyni anda süzüldü..

yeganə gerçək..

İnsan nə qədər çox əşyası olduğunun ancaq yeni bir mənzilə köçən zaman fərqinə varır.. Məncə dünyanın ən kədərli mənzərəsi iki insanın bir - birindən " köçməsini " izləməkdir..Bütün o məktublar, hədiyyələr,deyilən sözlər,birlikdə keçirilən şirinli - acılı günlərin xatirəsi bir anda - ayrılıq anında ortaya çıxır və hər biri dünyanın ən uzaq küncünə sovurulur.. Bu səbəbdəndir ayrılıqdan sonra insanın yaşadığı o boşluq hissi..

Açığı Şəkərin sevdiyi oğlanla bir - birinə nə qədər uyduğu müzakirəyə açıq bir mövzu idi. Qız hər dəfə bizə gələndə danışırdı ki,özünü oğlanın yanında həddindən artıq güvəndə hiss edir. " O məndən çox daha ağıllıdır, bir görsən ..elə güclüdür ki. Nə vaxt köməyə ehtiyacım olsa yanımda olur, nəsə bir problemim çıxsa dərhal özü həll edir. Bir də oyanıram ki ortada problem deyə bir şey qalmayıb "

Maraqlıdır, köməyə bu qədər möhtac olan biri ilə köməyə heç ehtiyacı olmayan iki insan bir - birinə nə qədər uyğundur ? Bəlkə də ilk baxışdan rəsm çox gözəl görünə bilər amma insanın özünü başqa birindən asılı hala salması məncə çox acınacaqlı vəziyyət idi.

İndiki zəmanəmizin ən çox yayılan xəstəliyidir bu əslində. Elm adamları buna " Sindrella sendromu " deyir. Qərb mədəniyyətinin təsirində olan ölkələrdə və eləcə də dinə daha çox önəm verən cəmiyyətlərdə bu cür hallar daha çox müşahidə olunur.Çünki bizim mədəni genetikamızda sehirlərin təbiətüstü hadisələr yaratdığına , hər şeyi bir anda tamam dəyişdirib möcüzələr göstərə bilən insaların var olduğuna dair inam hissi var.

Bununla yanaşı digər dövrlərə nisbətən hal hazırki zəmanəmizdə valideynlər uşaqlarını həddən artıq "əl üstündə" böyüdüb onları bütün çətinliklərdən qoruduğundan , bu uşaqlar adicə bir çətinliyə düşəndə özü bir şey etmək əvəzinə , həmin problemi həll etmələri üçün valideynlərinin gəlməsini gözləyirlər. Bu ümid dolu gözləntilər zamanla insanların daha çox içinəqapanıq, özgüvənsiz biri olub, biyabır olma qorxusu ilə özünü hər şeydən geri çəkərək böyüməsinə səbəb olur. Eyni zamanda qadınlar da özlərindən istər maddi , istərsə də mənəvi cəhətdən güclü olan kişilərə aşiq olur, gələcəklərini onlara bağlı görür,özlərini onlar olmadan təsəvvür edə bilmirlər.

Bu sendromun adının haradan gəldiyini bilmək üçünsə adı çəkilən hekayənin qısaca mövzusunu bilmək kifayət edir.

Sindrella atasının ölümündən sonra ögey anası və ögey bacıları ilə birlikdə yaşayaraq , layiq olmadığı qədər çətin və əzablı bir həyat yaşamağa məcbur qalır. Sonra birdən - birə ortaya əlində sehirli dəyənək olan bir pəri çıxır və həyatının geri qalan hissəsi də bundan sonra yaxşıya doğru dəyişir.

Məncə uşaqları böyüdən zaman əzizləməklə birlikdə tədricən çətinliklər və bu çətinliklərdən necə çıxa biləcəyi ilə bağlı şeylər də öyrədilməlidir. Məsələn, uşağın əlindəki oyuncaq yerə düşən zaman anası qaçıb onu yerdən götürmək əvəzinə, bunu etməsini uşağın özünə öyrətməlidir.

Dinlə məniWhere stories live. Discover now