Adsız Bölüm 10

3.1K 264 18
                                    

Axşam yeməyi üçün masa ətrafına yığışdığımız zaman hələ də hər kəsin gözləri üzərimdə idi.Anam da atam da bu ani dəyişikliyə ən az mənim qədər təəccüblənmişdi.  Bir günün içində " tərif zəhərlənməsindən " öləcək hala gəlmişdim. 

- İnana bilmirəm..Necə dəyişmisən..

- Ana..Xahiş edirəm,bəsdir daha, sadəcə bu günlük bir şey idi. Elə belə..Əylənmək üçün..

- Nə ?!! 

Həlimə gözlərini bərəltdi. 

- Nə bir günlük ? Yəni, həqiqətən özünü bu halda gördükdən sonra yenə köhnə vəziyyətinə qayıtmaq istəyəcəksən ?! Ana ! Bir şey de !

- Əzizim, gəl ,  icazə verk bunun qərarını Zəhra özü versin. Onun üçün necə rahatdırsa..

- Of ! Sizə nə olub belə ?! Görmürsünüz ki, belə daha qəşəngdir ? ! 

Oyuncağı əlindən alınan uşağınki qədər saf bir əsəblə üzünü buruşduran Həliməyə baxarkən gülümsəməmi saxlaya bilmədim. Onu bu cür görərkən hətta önümdəki bir qalaq göyərti belə kefimi poza bilməzdi.

- Yaxşı, yaxşı, arada bir təkrarlayarıq.. 

Üzü biraz yumuşalsa da qərarımı dəyişməyim deyə tamam rahat davranmadı. 

"Yemək" bitdiyi zaman atam qonaq otağında, televizorun önündəki qoltuqlu kürsüdə oturdu. Həlimə şəkilin demək olar hazır olduğunu bildirib məni otağımıza apardı. O sırada anamın da niyəsə bizim otağa tərəf gəldiyini görüb narahat olduq. Görəsən bir qoxu hiss edəcəkdimi ? Düzdür, günortadan bəri otağın havasınız tez - tez dəyişmişdik. Hətta Həlimə bir xeyli digər otaqlarda dayanıb sonra gələrək otağı yaxşıca qoxladı ki, görsün burnu öyrəşdiyi üçün qoxu ona gəlmir yoxsa həqiqətən təmizlənib ? 

Hamımız otağa girdik.Anam biraz duruxub qarderoba tərəf addımladı. Onların otağındaki qarderob kiçik olduğundan bəzi paltarları bizim otaqda idi. Bir iki şey götürüb otaqdan çıxarkən bayaqdan bəri  tutduğumuz nəfəsimizi birlikdə buraxdıq.

- Sənə dedim heçnə hiss etməyəcək ? 

- Bəlkə şəkili göstərəsən ?

- Hə, gözlə , telefonuma atım oradan da sənə göndərəcəm. 

Həlimə "photoshop" işlərində əla idi. Fonları dəyişdirmək, üzünü qaydaya salmaq, burnunu kiçiltmək onun üçün artıq ritual halını almışdı. 

- Whatsapp 'a atdım, bax !

Bir saniyə sonra əlimdə tutduğum telefonum titrədi. Mesajı açıb baxdım. 

Bu gün olanlara şahid olmasam şəkildəki qızın mən olmadığına and içə bilərdim. İlahi! Mən və dodaqlarımda siqaret ! Hələ sağ qolumun üzərinə tatoo da yerləşdirmişdi.  Yaxşı..Etiraf etməliyəm ki, çox şey görünürdüm..mm  necə deyirlər.. havalı.. ?

- Hə, necədir ?!

Qaşlarımı qaldırıb başımı yellədim. Nəfəsimi buraxıb gülümsədim. Bir şey deməyimi gözləmədən sözünə davam etdi :

- Bilirəm, əladır ! Yox, yox, təşəkkür lazım deyil. Mükəmməl olduğumun fərqindəyəm  !

Bir - birimizə baxıb güldük. Xoşbəxt hiss edirdim.
Qəribə..Amma xoşbəxt.

- Uzanmaq istəmirsən ? Gedim dişlərimi sürtüm gəlim. Birlikdə uzanarıq - Həlimə dedi

- Yaxşı

Otaqdan hoppana - hoppana çıxışını izlədim. Sonra yenidən telefonuma baxıb ekrandaki qızı incələdim.  

Yaxşı iş çıxarmışdı. Yəni ən azından profil şəkli olmağa layiq idi ! 

Aylardır dəyişdirmədiyim whatsapp profil şəklim heç vaxt təxmin edə bilməyəcəyim bir şəkillə əvəz olunmuşdu..

Dinlə məniWhere stories live. Discover now