Bölüm 84

116 5 0
                                    

Xəstəxanadan çıxdığımız zaman anam dəfələrlə üzümə baxıb gülümsəmiş, arxamdan əyilib qulağımın yanını, üzümü,boynumu öpmüşdü.
Xəstəxanada ikən, qoltuq dəyənəkləri ilə çox az da olsa iki - üç dəfə ayaqlarımı yerindən tərpədə bilmişdim və anam hər dəfə içini çəkmiş, hıçqırmış və göz yaşlarını silmişdi. Göz altları şişmişdi, bilirdim ki, gecəni yata bilməyib . Burnu tutulmuşdu,səsi boğunuq çıxırdı. Maşın sürdüyü zaman tez - tez əlimi tutub sıxırdı.  Deyəsən, hələ üzərindəki şok dalğası keçməmişdi ,  çünki dünəndən bəri Raul haqqında heçnə soruşmamışdı. Elə o an fikrimi oxumuş kimi Raul zəng etdi. Telefonun ekranını qucağıma doğru sıxıb gözlərimi anama zillədim. Əvvəlcə qucağıma sonra üzümə baxdı və yenidən gözlərini yola çevirdi. Telefonun səsini alıb zəng kəsilənə qədər gözlədim. Sonra mesaj yazıb anamın yanımda olduğunu bildirdim . Boğazımı təmizləyib başımı yanımdaki şüşəyə söykədim
- Neçə müddətdir görüşürsünüz ? - anam heç gözləmədiyim bir anda bunu soruşdu və bədənimdən soyuq, qəribə bir hiss keçdi
- İki - üç ay olar - dəqiq müddətdi heç özüm də bilmirdim..
Anam başını sallayıb heçnə demədən dayandı.
- Ana.. O..
Susdum. Anam üzümə baxana qədər hansı sözü deməli olduğumu tapmadım
- Yaxşı biridir.. Mənim vəziyyətimi öyrərəndən sonra belə mənimlə əlaqəsini kəsmədi..Məni buraxmadı.. Dünən dediyim kimi,Həlimə ilə birlikdə oxuyur, bu işlərdən başı çıxırdı. Əgər dənizə getmə fikri olmasa bəlkə də hələ də bütün bunlar olmamışdı.. Yəni..istəyirəm ki.. 
- Yaxşı,Zəhra , bunları sonra danışarıq. İndi önəmli olan tək şey sənsən.  Yenidən ayağa qalxmağındır.. Başqa heçnə lazım deyil mənə.. O məsələləri sonra ..sonra..
Başımı sallayıb razılaşdım. ən azından qəti şəkildə qarşı çıxmamışdı və səs tonu sakit idi. İndilik bu da bəsim idi. Bir müddət keçdikdən sonra anam əli ilə alnını ovdu və evə çatana qədər " Qürur və qərəz " kitabındaki, Elizabetin anası kimi əsəblərinin necə zəif düşdüyünü, başının necə ağrıdığını təkrarladı. 
Kitabların ən gözəl tərəflərindən biri də bu idi. Ətrafında gördüyün hər şeyi hansısa kitabdaki hansısa bir şeyə bənzədə bilirdin.
Bundan əlavə kitablar , sizə heç vaxt yaşamadığınız bir hadisə ilə üz - üzə gələndə nə etməli olduğunuzu da öyrədirdi. Məsələn .. şey.. mənlə Raul kimi.. Böyük ehtimal bu, onun üçün ilk deyildi amma əminəm ki, oxuduğum bütün kitablardaki o detaylı öpüşmə səhnələri olmasa idi həmin an onun qarşısında bir robotdan fərqsiz olacaqdım.
Əlbəttə , kitabların sizə öyrətdiyi şey təkcə xoşunuza gələn oğlanı necə öpməli olduğunuz deyil. Bəzən kitablar bir həyatı belə xilas edə bilir. Və ya sizi zəngin birinə çevirir. Zarafat etmirəm ! 
Nümunə olaraq, Neil Gaimanın " Amerikan Tanrıları " kitabını göstərə bilərəm. Yazar kitabdaki obrazın dilindən bir neçə oğurluq sirrini açıqlayır. Amma bu sirrlərin bütün xırdalıqları və sehirlərin özü də  yazarın öz fantaziya məhsuludur.  Kitab satışa çıxdıqdan bir müddət sonra məlum olur ki, kitabı oxuyanlardan biri həmin kitabdaki metodlardan birini həyata keçirərək bir tacirdən 33.000 dollar oğurlaya bilib.
Görürüsünüz də ?!

Dinlə məniWhere stories live. Discover now