Adsız Bölüm 38

2.7K 242 19
                                    

Gecəm çox narahat keçmişdi. Yuxusuz və gərgin hiss edirdim. Saat doqquzda anam təlaşlı halda içəri girəndə yenicə yuxuya getmişdim. Çünki ən son saata baxdığım zaman əqrəblər 07:46 nı göstərirdi . Gözlərimi bezgin halda açdım. İlk əvvəl zənn etdim ki, işə gedərkən nəyisə unudub və unutduğu şey bizim otaqdaki qarderobda qalıb. Amma üzündəki təlaş və yaşlı gözlərini görəndə işlərin yolunda olmadığını, nəsə pis bir şey baş verdiyini başa düşdüm. Anam nadir hallarda ağlayardı. Çox güclü qadın idi və bu, onda sevdiyim ilk xüsusiyyətlərdən sayılırdı.

Həlimə məndən çox daha həssas yatdığından mən anamla danışmağa fürsət tapmadan gözlərini açdı.

- Qızlar, Təranə..Təranə..

Həlimə ilə bir - birimizə baxarkən nə baş verdiyini artıq təxmin etmişdik. Təranə böyük xalamız Kamilənin ortancıl qızı idi və hamiləliyinin sonuncu aylarını yaşayırdı. Bu dövrü çox çətin və təhlükəli keçirdi. Anamın ağlaması isə onu göstərirdi ki, təhlükə " həyati " səviyyəsini çoxdan keçib..Özü də hələ doğum vaxtına bir aydan çox vaxt qalmışdı.

- Bu sabah, tezdən rəhmətə gedib. Ay Allah, yazıq Kamilə..

Həlimənin gözlərindən yaş axmağa başlamışdı amma mən hələ də xəbərin yaratdığı şok dalğasında donub qalmışdım

- Atanızla yola çıxırıq. Axşamüstü Tərtərdə olarıq yəqin. Bilmirəm nə vaxt qayıdacağıq. Həlimə, anan qurban, bax ha, ev sənə əmanət. Bacına nəzarət elə, qapıları hər gecə yoxla. Tez - tez zəng edəcəm. Özümüzlə aparmağa bir -iki şey yığdım. Çıxırıq artıq, ehtiyyatlı olun ha. Heç yana çıxmayın. Yaxşımı ?

Həlimə heçnə demədən başı ilə anamın tapşırıqlarını təsdiqlədi və yerindən durub otaqda var gəl etməyə başladı. Göz yaşları dayanmadan axırdı amma heçnə danışmırdı. On dəqiqə içində anamgil evdən çıxdı. Həlimə qapını bağlayıb otağa geri qayıdaraq çarpayısında uzandı. Bir əlini yastığının altına itələdi , digər əli ilə üzünü tutarkən çiyinləri titrəyirdi. Uzanılı halda dayanıb onu izləyərkən ölümün insanları necə bircə anın içində yerlə bir etdiyinə dəhşətlə tamaşa edirdim. Təranə yaxşı qız idi. Həlimə ilə mənimlə olduğundan daha yaxın olmuşdular hər zaman. Sonra ərə getmişdi və araya məsafə ilə birlikdə soyuqluq da girmişdi.

Amma həyatınızda bircə gündə olsun qonaq olmuş insanın ölüm xəbərini eşitdiyiniz zaman o günə qədər bəlkə də dadmadığınız zərif bir kədər hissi qəlbinizin üzərinə səpilir..

- Gəl bura..Həlimə..dur gəl, gəl yanıma..

Həlimə cümlələrimi eşidərkən hıçqırıqları daha da çoxaldı..Amma bir dəqiqə sonra əlini çarpayıya dayaq edib ayağa qalxaraq açdığım qollarımın arasına girərək yanımdaki yerini aldı. Qolu qabırğalarımın üzərini sarıyarkən artıq mənim də gözlərimin dolduğunu hiss edib onu daha möhkəm qucaqladım..

****

Əlbəttə, bu danılmaz bir həqiqətdir ki, ölüm xəbərləri illər əvvəlkinə nəzərən günümüzdə öz sarsıdıcılığını nisbətən itirib. Artıq insanlar bu kimi xəbərlər eşidərkən iç çəkmir, bəzən üz ifadələri belə dəyişmir çox vaxt..

Ölüm artıq yalnızca ailələr üçün var sanki.. İki tərəf yaşayır bu ürküdücü qorxu və ağrını.

Ölən insan və onun ailəsi.

Həlimə saatlar əvvəlki halına nisbətən indi daha yaxşı idi. Şişmiş gözaltları və dağınıq saçları olmasa , bu günün onun üçün digər günlərdən heçnə ilə fərqlənmədiyini varsaymaq olardı.

Dinlə məniWhere stories live. Discover now