Adsız Bölüm 47

2.7K 223 32
                                    

Böyük ehtimal artıq təyyarədə idilər. Cəmi bir neçə saat sonra Almaniyada olacaq,xəstəxanaya gedəcək, bir sürü test verib cavab gözləyəcəkdilər.. Və mən bütün bunlar yaşanan zaman bir dəfə də olsun " səbirli ol " , " yanındayam " deyə bilməyəcəkdim.. Belə vəziyyətlərdə dünyanın ən qəddar insanı belə mənəvi dəstəyə ehtiyac duyurdu çünki..

" necəsən ?.."

gönd...

sil...

" cavablar çıxanda mənə də xəbər.."

sil..

Zibil !

İşin ən iyrənc tərəfi də bu olurdu hər zaman ! Ayrı vaxt istədiyin zaman ən mənasız mesajı belə göndərə bildiyin adama vaxt gəlirdi bir kəlimə yazmağa bəhanə axtarırdın !

Özümü hər nə qədər aramızda heç bir şey olmadığına, münasibətimizin cəmi bir neçə mesajdan ibarət olduğuna inandırmağa çalışsam da bir işə yaramırdı. İnanın ,mənə, özümə indi sizin mənə hirsləndiyinizdən min qat çox hirslənirdim..Amma bu mənə kömək edirdimi? Heç bir damcı da.

Məntiqdən uzaq bir şəkildə onun üçün darıxırdım..

Kəpəkdən də səs səda yox idi son gedişindən bu yana.. Qovulmuşdu ,bəlkə də kim bilir ? Bəlkə də qanadlarında daşıdığı bütün o hissləri göndərilən ünvana çatdıra bilmədən bitmişdi qısacıq ömrü..

Yaşadığımız bəzi şeyləri Ziqmund Freydin nəzəriyyələrinə görə uzun müddət "şüurumuzun arxa hissələrinə" basdırılıb unudula bilirmişik.

İndi çarpayımda uzanıb iki gündür ağlıma gətirmədəyim şeyləri xatırlayan zaman gözlərimin dolduğunu hiss edəndə əmin olmuşdum ki, bu , həqiqətən belədir. Raulun məni görən zaman üzünün aldığı ifadə, baxışları, yerində donub qalması indi gözümün önündən getmir, boğazımı yarıb keçən diri udulmuş quru çörək kimi incidirdi məni..

Onun həyatımdaki yeri.. havada uçuşan parfüm qoxusunu xatırladırdı.. Varlığını hiss edirdim amma görüb toxuna bilmirdim.. bu isə indi mənə sızıltılı bir kədər bəxş edirdi.. Qayda belə idi,hə ? Heç bir parfümün dadı qoxusu qədər şirin olmazdı..

Gözlərim kitab rəfimə sataşdı.. İndi o kitabların içində nə həngamələr qopurdu kim bilir.. On ikinci səhifələrin birində bir qadın çantasını qoluna vurub çıxırdı evdən.. İyirminci səhifələrin birində bir uşaq qulaqlarını tutub ağlayırdı , evdəki qışqırıqları eşitməməkçün.. Qırxıncı səhifələrin birində masa arxasında yığışıb yemək yeyən xoşbəxt bir ailənin gülüş səsləri yayılırdı ətrafa..Altmışıncı səhifələrin birində iki sevgili sevişirdi..Hər sonuncu səhifədə isə..Tolstoyun da dediyi kimi : bütün xoşbəxtlər bir - birinə bənzəyirdi..bəxbəxtlər isə hərəsi özünəməxsus olurdu..

***

Həlimə otağımıza gələn zaman çoxdan gözlərimdən axmağa cəsarət etməyən iki damla yaş özünü geri çəkib qurumuşdu.. Şəkəri yola saldıqdan sonra evin işləri ilə məşğul olmuşdu. Bayaqdan bəri isə hansısa filmi izləyirdi.

- Bitdi ?

- Yox..Dəli olurdum az qala, tək baxa bilmədim

- Qorxu filmidir ki ? Axı sən belə filmlərə baxmırdın ?

- Yox..Ondan da pis.. Təcavüzə uğrayan bir qız haqqındadır. Sonra qız bunu edənləri tutub qisasını alır bir - bir..Dəhşətdir !

- "I Spit on Your Grave" filmini deyirsən ? Adı belədir ?

- Sən də baxmısan ?! Bunu bayaqdan de də ! Belə bilsəm mövzunu səndən öyrənib heç baxmazdım..

- Filmin altında mövzusu yazılır amma nə isə..

Həlimə gözünü süzdürüb çarpayısına uzandı. Filmə davam edəcəkdi.

Təcavüz məsələləri ilə bağlı bir neçə film izləmişdim. Çünki bir ara təcavüz, uşaq pornoqrafiyası, insan alverləri ilə bağlı külli miqdarda araşdırma aparmışdım.. Bu müddət ərzində dəfələrlə qusmuş, günlərlə yuxusuz qalmış, tamam iştahdan kəsilmişdim.

Qadınların, uşaqların məruz qaldıqları təcavüzlər, məcbur edildikləri işlər qanımı dondururdu.

Bu gün Hindistanda hər iyirmi iki dəqiqədən bir , bir qadın təcavüzə uğrayır, özü də doğma atası,qardaşı və qohumları tərəfindən. Fransada 1980 - ci ilə qədər təcavüz qanunlara əsasən cinayət belə sayılmırmış. Hal - hazırda bu ölkədə hər il 75.000 qadın təcavüzə uğrayır. Almaniya Avropanın ən çox təcavüz hadisələri yaşanan ölkəsi hesab edilir. İndiyə qədər burada 2 milyondan çox qadın təcavüzə uğrayıb. İngiltərə, Avropanın mədəniyyət beşiyi hesab edilən ölkəsində hər il 85.000 qadına təcavüz edilir.

Amma bu araşdırmalar zamanı diqqətimi çəkən bir digər şey dünya üzərində təcavüzə uğrayanların sadəcə qadınlar olmadığı gerçəyi oldu. Dünyanın demək olar hər yerində uşağından tutmuş orta yaşlısına ,hətta yaşlısına qədər bir çox kişiyə təcavüz edilirdi. Əsasən, 5-10 yaşlarında oğlan uşaqlarına,17-18 yaşlı gənclərə qarşı törədilən bu amansız cinayətlər hətta bu gün velə çox zaman ortalığa çıxmır. Çünki əksər hallarda kişilər bu gerçəyi hiss etdikləri utanc duyğusu ilə gizli tutur, çox vaxt özlərini öldürür və ya ağır depressiyaya düşürlər.

İsveçrədə 2014- cü ildə təcavüzə uğrayan kişilər üçün xüsusi xəstəxana açılıb. Burada onlar uzun müddətli psixoloji dəstək alaraq həyatlarının geri qalanına normal insan kimi davam edə bilmək üçün çabalayırlar. Hər il bu xəstəxanaya 400 ə yaxın insanın müraciət etdiyi açıqlandıqdan sonra bu cür xəstəxanalar dünyanın bir çox ölkəsində fəaliyyətə başlayıb..

Dinlə məniWhere stories live. Discover now