Adsız Bölüm 33

2.4K 221 19
                                    

- Hazırsan ?

danışan Raulun anası idi. Həyətin ortasında dayanmışdılar. Raul oturacaqda oturmuşdu. Əynində köynək yox idi. Anası isə bir əlini oğlunun çiyninə qoymuş, onun arxasında ayaqüstə dayanmışdı

- Yox..

Raul gur səsi ilə cavab verdi

Anası gülərək əlindəki saç kəsən maşını Raulun məni heyrətə salacaq qədər uzun saçlarına tərəf apardı və altdan yuxarı şəkildə hərəkət etdirdi. Bir tutam saç Afaq xanımın ayaqlarının üstünə düşdü. Bu mənə bir neçə gün əvvəl yaşadığım melodramanı xatırlatdı. Raul dodaqlarını bir- birinə sıxmış, gözləri yumulu vəziyyətdə dayanmışdı. Zorla gülümsəyirdi. Kamera arxasından Səbinənin gülüş səsləri eşidilirdi.

Bir neçə dəqiqə sonra Raul, həyətin ortasında tamam saçsız vəziyyətdə gözləyirdi. Anası və bacısının gülüş səslərinə gülümsəyir , başını sallaya - sallaya əli ilə saçsız dərisini sığallayırdı. Çiyinlərinə qədər düşən qızılı saçlarından ayrılmağın ona nə qədər çətin gəldiyini anlaya bilirdim amma niyə kəsdirdiyini hələ ki, bilmirdim. Səbinə Raula tamam yaxınlaşıb keçəl başını çəkərək möhkəm gülürdü. Deyəsən, çox uzun zamandır qardaşını uzun saçları ilə gördüyündən , bu halı ona çox gülməli , qəribə görünürdü. Raul bir neçə saniyəlik dodağını büzüb balaca uşaq kimi dayandı, sonra evdəkilərə qoşulub güldü, bəmbəyaz dişləri solğun bənizinə bəzək kimi naxış vurdu. Video bitənə qədər onlarla birlikdə gülümsədim.

" Saçların ( təəccüb işarəsi ) , vov ! ))) Niyə kəsdirdin ? Çox gözəl yaraşırmış ))) "

Hər zaman uzun saçlı oğlanlar mənə cazibədar görünmüşdü. Hələ - hələ Raulun köynəksiz, əzələli bədəninin bəmbəyaz dərisi üzərinə tökülən kürən saçlarını görmək.. Hansısa məşhur aktyoru izləmək kimi idi.

Bir neçə saniyə əvvəl onu qismən paltarsız görməyin bədənimə verdiyi isti dalğaları inkar edərək cavabını gözlədim.

" Saçqıran düşmüşdü )))) "

Möhkəm güldüm

" Çox fenləyirdin ?)))) "

" :D O cür saçqıran yox. Saç tellərinin uclarının haçalanmasına saçqıran demək el arasında məşhurlaşan bir şeydir. Əslində saçqıran xəstəlikdir. Saç köklərinə təsir edib dərinin üzərindəki bəzi hissələrin tükünü tamam tökərək qəpik ölçüsü boylarında, yumuru - yumuru keçəlliklər yaradır. Hətta bəzən nəyinki saçların, bədəndəki bütün tüklərin tökülməsinə səbəb olur. Bəzən immunitet çatışmazlığından yaranır, çox vaxt da keçirdiyin yüksək miqdarda stressdən. Məndə ikincisi idi. Anamın xəstəliyini yeni öyrənmişdim. "

Ürəyimdən incə bir sızıltı keçdi.

" Bağışla.. İndi necədi vəziyyət ? Müalicə aldın ? "

" Əslində yox. Öz - özünə yenidən bitdi. Amma birinci tamam bəyaz rəgdə çıxdı , yavaş - yavaş öz rənginə qayıtdı. Albinoslara bənzəyirdim bir ara )))) Müalicəsi var amma. "

" Keçmiş olsun :) Amma uzun saç həqiqətən yaraşırmış )) "

" Çox sağol )) Mən də çox bəyənirdim. O saçlar kəsiləndə nələr hiss etdiyimi ifadə edə bilmirəm )))) "

" İnan mənə, çox gözəl başa düşürəm )) "

" ))) Yaxşı, Zəhra, mən indi çıxım, yazacam yenə. Bir iki şey həll etməliyəm. Sözün olsa yaz, yaxşı ? Heçnə üzün də özünü üzmə ! :) Hələlik "

" Yaxşı, çox sağol, Raul :) Hələlik.."

Dinlə məniWhere stories live. Discover now